2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əfqan Muxtarlı Gürcüstanda ifadə verir

2020-ci il martın 17-də Bakıda həbsdən azad ediləndən sonra Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstan prokurorluğunda ifadə vermək üçün Tbilisiyə gəlib.

Bunu Ə.Muxtarlı Gürcüstanın paytaxtında jurnalistlərə deyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu gün (aprelin 8-də) mən oğurlanmağımın necə baş verdiyi və ondan əvvəl nə baş verdiyi, bu əməliyyatda kimin iştirak etdiyi barədə prokurorluqda ifadə verəcəyəm. Mən qaçırılma yerini, eləcə də məni Azərbaycana necə gətirdiklərini və haradan oğurladıqlarını göstərəcəyəm. Yolun yarısını başıma keçirilən torbadakı dəliklərdən görə bilırdim”, – Ə.Muxtarlı bildirib.

Jurnalist qeyd edib ki, qaçıranların adlarını bilmir, lakin onları şəkillərlə tanıya bilər. Onun sözlərinə görə, o, Tbilisidə 10-15 gün qalacaq.

Ə.Muxtarlı Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidləri ilə tanınır. O, 2014-cü ildə Gürcüstana köçmüş, 2017 ildə həbs edilmişdi.

Xatırlatma

Ə.Muxtarlı ötən il martın 17-də vaxtından əvvəl azad edilərək Almaniyaya, ailəsinin yanına göndərilib. O, 2017-ci ildə həbs olunub, qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılaraq Azərbaycanda mühakimə edilib və 6 il həbs cəzası alıb.

2014-cü ildən mühacirətə gedən jurnalist özü isə Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bəyan edib. O bu məsələdə Gürcüstanın hüquq-mühafizə orqanlarını da günahkar sayır. Amma həmin vaxt Gürcüstan baş naziri onlara qarşı ittihamların əsassız olduğunu açıqlamışdı.

24 saat” “Əfqan Muxtarlı Gürcüstanda ifadə verir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button