2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Əfqan Muxtarlıdan yeni heyrətamiz xəbər

Jurnalist Əfqan Muxtarlı Azərbaycana, iddia edildiyi kimi, “yaşıl sərhəddən” yox, birbaşa gömrük məntəqəsindək keçirilib. Bu haqda Əfqan Muxtarlı özü bu gün vəkili Nemət Kərimliyə bildirib.

Əfqan Muxtarlı deyib ki, onu Tbilisidə oğurlayan şəxslər əvəlcə başına torba keçiriblər. Gürcü dilində danışan şəxslər onu maşınla naməlum istiqamətdə aparıblar.

“Əfqan dedi ki, onu əvvəlcə qrunt yolla bir çöllüyə aparıblar. Burada başından torbanı çıxarıblar. 5 dəqiqədən sonra gözlərini mayka ilə bağlayıb skoçla sarıyıblar”, – Nemət Kərimli “Basta” əməkdaşı ilə söhbətində deyib.

Saytların yığılması Saytlarin yigilmasi

İlginc məqamlardan biri isə Əfqanın Balakəndə birbaşa Gömrük Keçid Məntəqəsində Azərbaycana təhvil verilməsidir.

Qeyd edək ki, hüquq-mühafizə orqanları Əfqan Muxtarlının Gürcüstan-Azərbaycan sərhəddini qanunsuz keçməyə cəhd göstərməkdə ittiham edib. Gürcüstan rəsmilərinin açıqlamalarında isə Əfqanın guya “yaşıl sərhəd” zolağı vasitəsilə Azərbaycana keçdiyi, yaxud keçirildiyi iddia edilir.

“Lakin Əfqan Muxtarlı bildirdi ki, onu Gürcüstanın gömrük keçid məntəqəsindən keçirərək, sonra neytral zonada Azərbaycana təhvil veriblər. Əfqan gözü bağlı olsa da, o, eşidib ki, Azərbaycana təhvil verilən zaman kimsə, “mən üzünü görməliyəm” deyib. Kimsə soruşub ki, bu bizimkidir? Deyiblər bəli. Bundan sonra kimsə deyib ki mən üzünü mütləq görməliyəm. Burada onu bir otağa aparıblar. Otaqda Əfqanın başından maykanı açıblar. Əfqan divarlardakı şəkillərdən və yazılardan başa düşüb ki, bura Dövlət Sərhəd Xidmətidir”, – Nemət Kərimli “Basta”ya açıqlamasında bildirib.

Məlumatın önəmi ondan ibarətdir ki, Gürcüstanın xüsusi xidmət orqanları Əfqan Muxtarlının “yaşıl sərhəddən” keçirildiyi haqda məlumata istinad edərək, Əfqanın sərhəddi keçməsini əks etdirən videogörüntüləri indiyədək müdafiə tərəfinə təqdim etməyib. Həmçinin Əfqanın pasportsuz sərhəddən necə keçirilməsi haqda sualdan yayınıblar.

Yaşıl sərhəd yalnız sərhədçilər tərəfindən qorunur. Gömrük keçid məntəqəsi isə təhlükəsizlik kameralarının davamlı olaraq işlədiyi və istər Azərbaycan, istərsə də Gürcüstan tərəfdə həm gömrükçülərin, həm sərhədçilərin, həm də xüsusi xidmət orqanların daimi fəaliyyətdə olduğu bir məkandır. Əfqan Muxtarlının sərhəddən üzü bağlı və pasportsuz keçirilməsinə görə, bu orqanların hər biri məsuliyyət daşıyır.

Mustafa Hacıbəyli

Bastainfo.com 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button