2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

‘Əfqan Muxtarlının oğurlanmasına münasibət bildirin!’

Gürcüstan Azad Demokratlar və Respublikaçılar Partiyası jurnalist Əfqan Muxtarlının həbsi ilə bağlı birgə açıqlama yayıblar.

Respublikaçılar Partiyasının sədri Xatuna Samnidzenin təqdim etdiyi açıqlamada bildirilir ki, Əfqan Muxtarlının həbs olunması onların narahatlığına səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanla müsbət qonşuluq münasibətlərinin əhəmiyyətini başa düşürük. Amma buna arxalanmayaraq, biz inanırıq ki, qonşu ölkələr arasında olan strateji əməkdaşlıq xatirinə, bizim ölkədə yaşayan heç bir şəxsin mənliyinə və təhlükəsizliyinə xələl yetirilə bilməz. Həmçinin, strateji tərəfdaşlıq, hər hansı şəxsin fundamental azadlıqlarının pozulmasına bəhanə ola bilməz”.

Gürcü naziri: ‘Sərhəd nəzarətindən yayınmaqla sərhədi keçmək…’

Açıqlamada daha sonra deyilir:

“Tbilisidə yaşayan azərbaycanlı jurnalistin pasportu və şəxsiyyət vəsiqəsi olmadan Bakıda necə peyda olunması barədə, hökumətindən rəsmi izahat tələb edirik”.

Partiyalar hesab edir ki, əgər Gürcüstanın xüsusi təyinatlılarının bu əməliyyata cəlb olunması təsdiqlənərsə onlar cinayət məsuliyyətə cəlb olunmalıdırlar.

Buna da bax:​ Gürcüstan müxalifəti Əfqan Muxtarlıya görə güc qurumları rəhbərlərinin istefasını tələb edir

Xatırlatma

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Buna da bax:​ RSF Əfqan Muxtarlıya görə bəyanat verdi

Ancaq o, məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi. Ə.Muxtarlı, həmçinin, Qarabağ müharibəsinin keçmiş iştirakçısıdır.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button