2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqanıstanda məsciddə baş verən partlayışın qurbanlarının dəfn mərasimi keçirilib

Şənbə günü Əfqanıstanın cənubundakı Qəndahar şəhərində cümə günü şiə məscidində 47 nəfərin ölümü, 70-dən çox insanın ölümü ilə nəticələnən intiharçı bomba hücumunun qurbanlarının dəfn mərasimi keçirilib.

İslam Dövləti qrupunun Amaq xəbər agentliyi cümə günü bildirib ki, qrupun iki üzvü məscidin girişində iki mühafizəçini güllələyərək öldürüb, daha sonra isə içəri daxil olaraq yüzlərlə ibadətçinin arasında özlərini partladıb.

İslam Dövləti qrupu hücumu həyata keçirən şəxslərin əfqanıstanlı Anas əl-Xurasani və Əbu Əli Əl-Baluçi olduğunu bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Taliban rəsmiləri şənbə günü qurbanlar ailələri dərəfindən dəfn edildiyi zaman şiə məscidlərinə təhlükəsizliyi gücləndirməyə söz verib. Ümumilikdə altmış üç qəbir qazılıb, amma Talibanın vilayət sözçüsü rəsmi tələfat sayının 47 nəfər olduğunu söyləyib.

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dujarrik cümə günü yaydığı bəyanatda hücumu “mənfur” adlandırıb və deyib ki, hücumu həyata keçirənlər “məsuliyyətə cəlb olunmalıdır.”

BMT-nin Təhlükəsizlik Şurası cümə günü bəyanatında “bu mənfur terror hücumlarında əli olanları cavabdeh tutmaq və məsuliyyətə cəlb etməyin” vacibliyini vurğulayıb.

Bu, ardıcıl olaraq ikinci həftədir ki, şiə məscidinə hücum həyata keçirilir və hücumun məsuliyyətini İŞİD üzərinə götürür. Oktyabrın 9-da Əfqanıstanın şimalında məscinə hücum nəticəsində 46 nəfər öldürülüb.

Bu hücumlar Taliban və Qərbin düşməni olan İŞİD-in ABŞ və müttəfiq qoşunları avqustun sonunda ölkədən çıxandan sonra Əfqanıstanda bazasını genişləndirdiyinə dair narahatlıqları artırır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button