2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əli Kərimli Aprel qazisinin ağır vəziyyətindən yazdı

Əsgər və zabitlərimizin fədakarlığından özünə siyasi kapital toplayan bir hakimiyyətin hansı haqqı var ki…

Bugünlərdə sosial şəbəkədə Aprel döyüşlərində başından ağır yara almış hərbçimiz Yaşar Ağayevin qardaşı onun fotosu ilə bir müraciət yaymışdı. Qazinin qardaşı onun aldığı yaradan iflic vəziyyətə düşdüyünü, müalicəsinin Türkiyədə mümkün olduğunu, lakin məmurların buna laqeyd yanaşdığını bildirirdi. AXCP sədri Əli Kərimli feysbuk səhifəsində qazinin həmin fotosunu paylaşmaqla məsələyə münasibət bildirib. AXCP lideri yazır:

Saytların yığılması Saytlarin yigilmasi

Əgər bu fotonu qazimizin qardaşı paylaşıb kömək istəməsəydi, mən heç vaxt bu fotonu paylaşmaz, Qarabağ qazisinin bu halını tirajlamazdım. Ancaq bu da əcaib reallığımızdır. Aprel döyüşlərinin bu qəhrəman əsgərinin – Yaşar Ağayevin də indi cəmiyyətin köməyinə ehtiyacı var. Əks halda Vətənin bu qəhrəman övladı da həyatını yataq xəstəsi olaraq bitirəcək. Gördüyünüz kimi, güllə Yaşar bəyin başının bir hissəsini aparıb. Baş nahiyyəsində böyük bir oyuq yaranıb. Və bunun nəticəsi olaraq bədəninin sol tərəfi iflic olub. Yataq xəstəsidir. Qardaşı haray salıb ki, Yaşar bəy Türkiyədə əməliyyat olunmalıdır. Yaşar bəy müalicə oluna bilər. Ancaq məmurlar səhlənkarlıq, diqqətsizlik edirlər.

Mən bu rejimin Qarabağ qazilərini necə taleyin ümidinə buraxdığını yaxşı bilirəm. Vaxtında müalicə oluna bilmədiyi üçün onlarla qazinin gənc yaşlarında dünyasını dəyişdiyini, çarəsizlikdən intihar etdiyini bilirdim. Amma yenə də ümid edirdim ki, Aprel şəhidlərinə və qazilərinə münasibət fərqli olacaq. Düşünürdüm ki, ötən əsrin 90-cı ilərində savaşa könlllü gedib, yaralanmış Qarabağ qazilərinə “səni biz göndərmişdik Qarabağa? Kim göndərib, o da sənin probleminlə məşğul olsun” deyəcək qədər vicdansız olan bəzi vəzifəli şəxslər də Aprel döyüşlərində yaralanmış qazilərimizə bunu deyə bilməyəcəklər. Üstəlik, siyasi hakimiyyət məhz bu qəhrəmanların fədakarlıqlarını bir ildən artıqdır ki, siyasi təbliğat vasitəsinə çevirib, bəhrələnir, hətta sui-istifadə edir. Gecə-gündüz Lələtəpə, Cocuq Mərcanlı təbliğatı aparan, əsgər və zabitlərimizin fədakarlığından özünə siyasi kapital toplayan bir hakimiyyətin hansı haqqı var ki, qəhrəman qazilərimizi taleyin ümidinə buraxsın? Yaşar Ağayev başda olmaqla bütün qazilərimizə, şəhid ailələrinə diqqət tələb edirik!

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button