2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əli Kərimli Eldəniz Quliyevi təbrik etdi

Bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist və rejissor Eldəniz Quliyevin 65 yaşı tamam olur. Bu münasibətlə AXCP sədri Əli Kərimli Eldəniz Quliyevi təbrik edib. Təbrikdə deyilir:
“Bu gün müasir dövrümüzün görkəmli ziyalılarından biri, istedadlı yazıçı, ssenarist, kinorejissor, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyevin  65 illik yubileyidir. Yüzlərlə ssenarinin, publisistik esselərin, dram əsərləri və digər ədəbiyyat nümunələrinin müəllifi olan Eldəniz bəy keçmiş SSRİ məkanında görkəmli kino sənətçilərindən dərs alıb, məşhur kinostudiyalarda təcrübə keçib, Azərbaycan kino və televiziya sahəsində  məsul vəzifələrdə çalışıb. Onun əsərləri yerli və xarici səhnələrdə tamaşaya qoyulub.  Xalqına  ədəbiyyat, incəsənət sahəsində böyük xidmətlər göstərmiş Eldəniz bəy vəzifəsini bununla bitmiş hesab etməyib. O, xalqının haqq səsini duyuran, hər zaman ədalətin yanında olan, vicdanı ilə hərəkət edən ləyaqətli aydınlarımızdandır. Keçdiyi şərəfli ömür yolu hamar olmayıb, prinsipiallığı, mübarizliyi ilə, xalqının mənafeyini hər şeydən üstün  tutduğuna görə ictimai-siyasi  xadim kimi də  cəmiyyətdə hörmət qazanıb.

Hörmətli Eldəniz bəy! Sizi, istedadlı, yaradıcı və əqidəli ziyalımız olaraq 65 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, yaradıcılığınızda və ictimai-siyasi fəaliyyətinizdə yeni uğurlar və daha neçə-neçə ad günlərinizi müstəqil, firavan və demokratik  Azərbaycanda sizi sevənlərin əhatəsində qeyd etmənizi arzulayıram”.

Saytların yığılması Saytlarin yigilmasi

Hörmətlə AXCP sədri Əli Kərimli

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button