2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

“Əli Kərimlini İŞİD lideri kimi tutun”

“İstəyirsiniz hər gün 10 cəbhəçi həbs edin, istəyirsiniz Əli Kərimlini İŞİD-in lideri elan edib tutun, istəyirsiniz bütün ictimai-siyasi fəalları türmələrə doldurun”. 

24saat.org -un məlumatına görə, bunu Milli Şura üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli Facebook statusunda yazıb.
MŞ-nın xanım üzvü qeyd edib ki, bu həbslər ölkədək sosial vəziyyətə təsir etməyəcək: “Bu, nə manatın üçüncü devalvasiyasının, nə günbəgün artan işsizliyin və yoxsulluğun, nə də artıq qaçılmaz olan sosial-iqtisadi iflasın qarşısını alacaq.
Əcinnə ovu ilə bir ya iki həftə baş qatacaqsınız, bəs sonra?! Ac, yoxsul, çarəsiz, ümidsiz və qəzəbli kütlənin qarşısında duruş gətirə biləcəksinizmi?! Kim duruş gətirdi ki, siz də bunu bacarasınız?!”

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button