2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Əlillər Ədliyyə naziri ilə görüş tələb edir VIDEO

Gözdən Əlillər Cəmiyyətinin 2012-ci ildəki qurultayında nə baş verib?

İyunun 14-də bir qrup gözdən əlil Ədliyyə Nazirliyi qarşısında toplanıb. Onların əsas şikayəti Gözdən Əlillər Cəmiyyətinin sədri kimi fəaliyyət göstərən Səmiyar Abdullayevin qanunsuz əməlləri ilə bağlı olub. Onlar Ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna düşmək istəsələr də buna nail ola bilməyiblər. Gözdən əlillərin nümayəndələrini qəbul edən nazirliyin təmsilçisi nazir müavini Toğrul Musayevin işdə olmadığını bildirib. Qəbuldan çıxan Vəfadar Novruzovun sözlərinə görə onlara deyilib ki, yalnız nazir müavini ilə görüşdən sonra Fikrət Məmmədovla görüş mümkün ola bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin qarşısına toplaşan əlillər bildiriblər ki, Səmiyar Abdullayev 2002-ci ildən bəri Gözdən Əlillər Cəmiyyətinə rəhbərlik edir. 15 ildir ki, mərhələli şəkildə cəmiyyətə məxsus əraziləri satıb. İndi də gözdən əlillərin son ümid yeri olan Nərimanov rayonu, Faiq Yusifov 40 ünvanı da qanunsuz satıb. Cəmiyyətin üzvlərini narahat edən əsas məqam “Sevinc” MMC ilə Gözdən Əlillər Cəmiyyəti arasında bağlanan müqavilədir. Çünki müqavilənin şərtləri cəmiyyətin sədri tərəfindən gizli saxlanılır, açıqlanmır. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər. Nazirlikdən onlara cavab verilib ki, tikiləcək binadan gözdən əlillərə 75 ev veriləcək. Sonradan o da məlum olub ki, həmin evlər də şəhərin ucqar hissələrindən veriləcək. Gözdən əlillər isə bunu qanuna zidd sayırlar. Bildirirlər ki, onlar xeyli vaxtdır ki, həmin əraziyə öyrəniblər. Onlar müəyyən orintirləri bildikləri üçün Nərimanov ərazisində onları hərəkət etməsi daha asandır. Amma onların şəhərin ucqarlarında ev verilsə belə onlar üçün əraziyə öyrəşmək problemlər yaradacaq. Həm də artıq onlar verilən vədlərə inanmırlar. Çünki Ceyhun Hacıbəyli, 40 ünvanında yerləşən 1736 kv.m. torpaq sahəsində yaşayış binasının layihələşdirilməsi üçün GƏC-in istifadəsinə verilib. Bununla əlaqədar tikintinin aparılması üçün “İnter-ST” MMC ilə müqavilə bağlanılıb. Müqavilənin bağlanması haqda cəmiyyət üzvlərindən kimsənin xəbəri olmayıb. Səmyar Abdullayev onlara bildirmişdi ki, tikilməkdə olan yaşayış binasından 200 kv. m. yer alıb, gələcəkdə mətbəə kimi istifadə ediləcək. Sonradan məlum oldu ki, Abdullayev öz şərikliyi ilə burada 2 ədəd 18 mərtəbəli bina tikdirib. Həmin ərazi cəmiyyətin balansında olsa da, heç bir gözdən əlilə bu mənzillərdən verilməyib.
Ədliyyə naziriliyinin qarşısına toplaşan əlillərə bu yaxınlarda məlum olub ki, 2012-ci ildə Gözdən Əlillər Cəmiyyətinin qurultayında Səmiyar Abdullayevin yenidən sədr seçilməsi Ədliyyə nazirliyi tərəfindən qeydə alınmayıb. Bununla bağlı onların əlində müvafiq sənəd də var. Onların deməsinə görə yetərsay olmaması səbəbindən qurultayın nəticələrini Ədliyyə nazirliyi qeydə almayıb. Amma buna baxmayaraq Səmiyar Abdullayev GƏC adından sənədlər imzalayır, cəmiyyətin balansında olan əmlakları və torpaq sahələrini satışa çıxarır. Gözdən əlillərin Ədliyyə nazirı ilə görüşmək istəmələrinin əsas səbəbi kimi də bu məsələyə aydınlıq gətirilməsidir.

[youtube https://www.youtube.com/watch?v=FnNHm-X3w3o?feature=oembed&w=500&h=281]

 

azadlıq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button