2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

1 saylı cəzaçəkmə müəssisəsinə qoşun yeridilib?

“Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub”.

24.SAAT.ORG  xəbər verir ki, bunu AzadlıqRadiosuna adını çəkmək istəməyən məhbus yaxınlarından biri deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki məhbuslar döyülürmüş:

Başqa bir məhbus yaxını da AzadlıqRadiosuna deyib ki, təxminən 1 saat əvvəl burda cəza çəkən, onkoloji xəstə olan dostuna baş çəkməyə gedib:

Saytların yığılması Saytlarin yigilmasi

“Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Misal üçün, çöldə 1 manat 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında “perlovı”dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”.

Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb:

“Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır”.

Mehman Sadıqov

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button