2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

1068 yeni yoluxma aşkarlanıb, 17 ölüm

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 min 68 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan isə 551 nəfərin sağaldığı bildirilir.

Bu barədə məlumatı yanvarın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qərargahdan vurğulanıb ki, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 17 nəfər də vəfat edib.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumdan qeyd edildiyinə görə, indiyə kimi ölkədə ümumilikdə 630 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 min 156-sı sağalıb, 8 min 581-i vəfat edib, aktiv xəstə sayı 10 min 683-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button