2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

12-22 may tarixlərində Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün bəzi dövlət və özəl müəssisələrdə iş saatlarında dəyişiklik edilib. Oxu.Az xəbər verir ki, Modern.az-a daxil olan məlumata görə, 2017-ci il mayın 1-dən iyunun 1-dək “Azəriqaz” İstehsalat Birliyində, o cümlədən Bakıda fəaliyyət göstərən bəzi dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib. “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a faktı təsdiqləyib. O qeyd edib ki, IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar iş rejimi 09:30-dan 18:30-dək müəyyən edilib. İ.Kərbalayev qeyd edib ki, iyunun 1-dən etibarən işçilər əvvəlki iş rejimində – 09:00-dan 18:00-dək çalışacaqlar.

Ötən gün İstanbulun “Sarıyer Maslak” adlanan ərazisində sui-qəsdə məruz qalan “Gem TV”-nin sahibləri – İran əsilli iş adamı, İngiltərə vətəndaşı Saeed Karimian və küveytli ortağı Muhammet El Almutairinin ölümündə şübhəli bilinən sifarişçinin adı məlum olub.
Publika.az “Vətən” qəzetinə istinadən xəbər verir ki, sözügedən cinayətdə İran Mücahidləri Təşkilatı şübhəli bilinir.
Məlumata görə, “Gem TV”-nin sahibləri olan iş adamları öz avtomobillərində gedən zaman 2 nəfər başı çalmalı qatillər tərəfindən güllə-baran edilib.
Nəticədə, iş adamları hadisə yerindəcə keçinib.
Ölənlərin ailələri cinayətin törədilməsində İran hakimiyyətini təqsirli bilir.
Polis isə hadisəni törəməkdə şübhəli bilinən şəxsləri araşdırır. Əldə edilən məlumata görə, qatillər cinayəti törətdikdən sonra “Cip” avtomobili ilə hadisə yerindən qaçıblar.
Türkiyə mediası sözügedən cinayətin ötən il İstanbulda öz avtomobilində güllələnmiş azərbaycanlı iş adamı Rövşən Lənkəranski hadisəsi ilə müqayisəsini aparıb.
Məlumata görə, hər iki cinayətin motivi və hadisənin törədildiyi ərazi bir-birinə yaxındır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button