2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

164 yeni yoluxma aşkarlanıb, 2 ölüm


Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 330 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan fevralın 9-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 231 min 362 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 225 min 678 nəfər sağalıb, 3163 nəfər vəfat edib, aktiv xəstə sayı 2521 nəfərdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qurumdan verilən açıqlamaya görə, son sutka ərzində Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6960, hazırkı dövrədək isə ümumilikdə 2 milyon 463 min 610 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

 

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button