2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

2 milyard manatla bağlı yoxlama aparılır

Azərbaycanda koronavirus pandemiyasının yaratdığı iqtisadi, sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirlərinə xərclənən vəsaitlərin auditi aparılır.

Bunu martın 2-də Türkiyə Cümhuriyyəti Sayıştay Başkanlığının nümayəndə heyəti ilə görüş zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Hesablama Palatasının mətbuat xidmətindən “Turan” agentliyinə bildirilib ki, hazırda bu istiqamətdə çoxsahəli, geniş yoxlamalar aparılır, əldə edilən nəticələr kollegiya iclasında müzakirə ediləndən sonra ictimaiyyətə açıqlanacaq.

Koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985.6 milyon manat vəsait xərcləndiyi bildirilib.

24 saat” “2 milyard manatla bağlı yoxlama aparılır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button