Loading...
Loading...
SEÇMƏ

27 KİV rəhbəri Paşinyanın mətbuat konfransından imtina edib

Yayımlandı: 27 İyun 2022 18:25

“Kavkazski uzel”in materialı

Ermənistanda 27 media rəhbərinin Paşinyanın mətbuat konfransından imtina etdiyi bildirilir.

Bu barədə 27 KİV rəhbərinin yaydığı bəyanatda qeyd olunur.

Onlar bildiriblər ki, onlayn mətbuat konfransları planlaşdırılmış ssenari üzrə keçirilir, suallar isə öncədən tədbir təşkilatçıları ilə razılaşdırılır.

“Kavkazski Uzel” bəyanat müəlliflərinə istinadən xatırladır ki, 2021-ci il noyabrın 23-ü Nikol Paşinyanın onlayn mətbuat konfransı keçirilib.

Baş nazir mətbuat konfransında saxta gündəlik irəli sürərək söyləyib ki, Ermənistan Qarabağ tənzimlənməsini ATƏT-in Minsk Qrupu, kommunikasiyaların açılmasını isə Rusiya ilə üçtərəfli komissiya çərçivəsində müzakirə edəcək”, – deyə siyasi şərhçi Naira Ayrumyan qeyd edib.

“Aykakan Jamanak” nəşri (Paşinyan ailəsinə aiddir – “Kavkazski uzel”in qeydi) gələn həftə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə onlayn mətbuat konfransının keçiriləcəyini anons edib.

Amma tədbirin dəqiq tarixi göstərilməyib.

“Məlumdur ki, hər bir nəşrə yalnız bir sual vermək imkanı yaradılacaq”, – “Kavkazski Uzel”in müxbiri deyir.

Məhz buna görə də Ermənistan KİV-nin 27 direktoru, baş redaktoru və prodüseri mətbuat konfransını boykot etdiyini açıqlayıb: “Təcrübə göstərir ki, bu cür “onlayn vədlər” planlaşdırılmış ssenari üzrə keçirilir”.

“Mətbuat konfransında hakimiyyətyönlü KİV-in, “Telegram” kanalların və blogerlərin sualları səsləndirilir. Həmin suallar böyük ehtimalla öncədən tədbir təşkilatçıları ilə razılaşdırılır. Yerdə qalan KİV-lərin sualları ya qulaqardına vurulur, ya redaktə edilir, ya da tamamilə təhrif olunur”, – baş redaktorların bəyanatında vurğulanır.

“Biz, aşağıda imza edən KİV redaktorları rəsmi şəkildə sual verməkdən imtina edirik və mətbuat konfranslarının klassik formata qaytarılmasına çağırırıq”, – bəyanatda deyilir.

İyunun 26-sı yerli vaxtla saat 00.30-da (Moskva vaxtı ilə 23.30, 25 iyun) bu bəyanata aşağıdakı şəxslər qol çəkib:

  • “Yerkir Media” telekanalının direktoru Baqrat Yesayan;
  • “Aravot” qəzetinin baş redaktoru Aram Abraamyan;
  • “168 jam” qəzetinin və “http://168.am” portalının baş redaktoru, Ermənistan Jurnalistlər İttifaqının rəhbəri Satik Seyranyan;
  •  “http://Aravot.am” onlayn-nəşrinin baş redaktoru;
  •  “Qraparak” qəzetinin və “http://Hraparak.am” portalının baş redaktoru Armine Oqanyan;
  • “İrates de fakto” qəzetinin baş redaktoru Piruza Meliksetyan;
  • http://News.am” portalının baş redaktoru Armenika Kiviryan;
  • “Yerkir” qəzetinin baş redaktoru Vaqe Sarqsyan;
  • “Pastinfo” informasiya portalının baş redaktoru Sona Truzyan;
  • “H2” telekanalının “Lraber” informasiya proqramının rəhbəri Şavarş Gevorkyan;
  • “Yerevan.today” informasiya-analitik saytının baş redaktoru Sevak Xaçatryan;
  • “Joxovurd” qəzetinin və http://Armlur.am portalının baş redaktoru Knar Manukyan;
  • http://Armday.am” saytının baş redaktoru Tatev Ayvazyan;
  • http://Times.am” portalının baş redaktoru Qrant Melik-Şaxnazaryan;
  • PARA TV-nin baş prodüseri Anjela Nalbandyan;
  • http://7or.am” saytının baş redaktoru Asmik Sarqsyan;
  • http://Blognews.am” saytının baş redaktoru Karen Antinyan;
  • http://Irakanum.am” saytının baş redaktoru Paylak Faxradyan;
  • http://AntiFake.am saytının baş redaktoru Astxik Matevosyan;
  • http://Politik.am” saytının baş redaktoru Boris Murazi;
  • http://LIVEnews.am saytının baş redaktoru Janna Çarukyan;
  • “Ermənistanın səsi” qəzeti və portalının baş redaktoru Flora Naxşkaryan;
  • http://MediaHub.am” saytının baş redaktoru Tiqran Qalstyan;
  • http://Panorama.am” informasiya saytının baş redaktoru Anait Voskanyan;
  • “Past” qəzetinin baş redaktoru Artak Çaqaryan;
  • http://SHAMSHYAN.com” saytının baş redaktoru Qagik Şamşyan;
  • “Oragir.news” informasiya saytının baş redaktoru Gevorq Emin-Teryan.
Gözdən qaçırmayın:  Cəlilabadda inanclı fəalın divara yazılmış şüara görə həbs olunduğu bildirilir

Ermənistan Jurnalistlər İttifaqının rəhbəri Satik Seyranyan bu formatda keçirilən mətbuat konfransını jurnalistlər üçün təhqir hesab edir.

“Jurnalist peşəsi sual vermək və etiraz etmək imkanını nəzərdə tutur. Burada isə jurnalistika və söz azadlığı tamamilə qulaqardına vurulur. Belə ki, sualları təhrif edir, ixtisarlar aparır, bəzən hətta onları heç səsləndirmirlər də. Biz Baş nazirin “Facebook”da birbaşa yayımlarının stenoqrafçıları deyilik”, – o, “Kavkazski uzel”in müxbirinə söyləyib.

2021-ci il noyabrın 23-ü keçirilmiş onlayn mətbuat konfransında “Kavkazski Uzel”in Ermənistandakı iki xüsusi müxbirinin hərəsi bir sual göndərib.

Avropa İttifaqı və Ermənistan (SERA) arasında əhatəli və geniş partnyorluq haqqında razılaşma çərçivəsində erməni tərəfinin öz öhdəliklərinin reallaşdırmasına aid suallardan biri ümumiyyətlə, efirdə səsləndirilməyib.

İkinci sual Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı idi və bu cür tərtib edilmişdi: “Ermənistan Arsaxa (Dağlıq Qarabağa) BMT-nın mandatı altında beynəlxalq idarəçiliyə, ATƏT-in Minsk Qrupunun işləyib hazırladığı təkliflər əsasında münaqişənin tam nizamlanmasına nail olunması üçün ATƏT-in sülhməramlı beynəlxalq kontingentinin Arsaxa yeridilməsinə hazırdırmı?”

Lakin onlayn mətbuat konfransının moderatoru Tatev Danielyan iki dəfə “Kavkazski Uzel”in adını çəksə də, suallar eləcə də səsləndirilməyib.

Paşinyan birinci dəfə əvvəlki suala cavabına davam etməyə üstünlük verib, ikinci dəfə isə, ümumiyyətlə, hesab edib ki, xalq yorulub.

“Lakin daha iki suala cavab vermək olar”, – “Kavkazski Uzel”in Ermənistandakı xüsusi müxbiri Armine Martirosyan deyib.

“Suallar öncədən hökumətin mətbuat xidməti poçtuna göndərildiyindən, ehtimal edirəm ki, Paşinyan onlarla əvvəlcədən tanış olub və həmin sullar onun üçün arzuedilən olmayıb”, – Martirosyan bəyan edib.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button