2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

280 yeni yoluxma aşkarlanıb, 11 ölüm 


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 280 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 632 nəfər sağalıb. 

Bu məlumatı bugün, yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər də vəfat edib: 

Saytların yığılması Saytlarin yigilmasi

“İndiyədək ölkədə ümumilikdə 228 min 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 min 19 nəfər sağalıb, 3064 nəfər vəfat edib, aktiv xəstə sayı 6443 nəfərdir”. 

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6144, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 347 min 951 test aparılıb. 

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button