2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

2961 yeni yoluxma  aşkarlanıb 


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına  2961 yeni yoluxma faktı qeydə alınıb,  virusa yoluxanlardan 4317 nəfər sağalıb. 

Bu məlumatı bu gün, dekabrın 20-də  Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 35 nəfər də vəfat edib: 

“Azərbaycanda indiyədək ümumilikdə 202088 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 139779 nəfər müalicə olunaraq sağalıb, 2210 nəfər vəfat edib, aktiv xəstə sayı 60099 nəfərdir” 

Saytların yığılması Saytlarin yigilmasi

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə  14515, hazırkı dövrədək isə 2063754 test aparılıb. 

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.Ötən həftə açıqlanan rəsmi  məlumata görə, belə xəstələrin sayı 50 min civarındadır. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button