Now Reading:
3 bank filialının lisenziyası ləğv edildi

3 bank filialının lisenziyası ləğv edildi

Aprelin 5-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qəbul etdiyi qərarla “Bank VTB” (Azərbaycan) ASC-nin “Azadlıq” və “Sumqayıt” filialları, “NIKOYL IKB” ASC-nin isə “Masallı” filialının icazəsi ləğv edilib.

Məlumatı Maliyyə Bazarlarına Nəzarət Palatası yayıb.

Banklar müraciətlərində filialların bağlanmasına səbəb kimi xərclərin optimallaşdırılmasını göstərir.

Direktorlar Şurasının iclasında “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsindən ötrü verilmiş icazənin də ləğvi müraciətinə baxılıb. Müraciət yerinə yetirilib.

Palata daha öncəki açıqlamalarında bu ildən 6 müxtəlif bank filialının fəaliyyəti dayandırdığını demişdi.

2016-cı ildə ölkədə ümumilikdə 10-dan çox bankın lisenziyası ləğv edilib. Buna səbəb kimi həmin bankların öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib.

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.