2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

37 ölkədə 20 milyondan çox insanı kim və necə qətlə yetirib? – ARAŞDIRMA

Məşhur aktyor Rassl Krounun “Suaxtaran” filmi var. Film I Dünya müharibəsi zamanı Avstraliyadan 3 övladını müharibəyə göndərmiş atanın sonradan oğullarını axtarmasından bəhs edir. Qatarda gedərkən türk aktyor Cem Yılmaz canlandırdığı çavuş Camal bəy Avstraliyadan gəlmiş atadan – Anzakdan bu müharibədə Avstraliyanın Osmanlıdan nə qədər torpaq payı aldığını soruşur. Rassl Krou isə torpağa ehtiyacları olmadığını, bunun bir prinsip məsələsi olduğunu söyləyir. Cem Yılmaz isə bunun çox gözəl prinsip olduğunu – urğunda savaşırsan, ölürsən, əvəzində isə heç nə qazanmırsan – söyləyir. Film baş vermiş hadisə əsasında çəkilib. Və filmdə ən yaddaqalan səhnələrdən biri çavuş Camal bəy ölərkən avstraliyalı ataya dediyi sözdür: “Yerini bilmədiyiniz ölkəyə hücum etməyin!”
Bu gün Yaxın Şərqdə baş verən müharibələr də bir prinsip uğrunda aparılır – hegemonluq, söz sahibi olmaq üçün. Hər zaman olduğu kimi isə müharibəni aparan əsas tərəf heç bir itki vermir. Verir, sadəcə maliyyə itkisi. Ortaya qoyduğu milyardlarla dollar dəyərində okeanın o tayından durub Yaxın Şərqdə müharibələri idarə edir. Düzdür, əsgəri də ölür, amma öldürülənlərin qarşısında bu say heç 1% belə deyil.
Koreya, Vyetnam, Əfqanıstan, İraq, Suriya, Liviya və sair ölkələrdə gedən  müharibələrdə milyonlarla insan ölüb. Və bu qətllərdə ABŞ-ın birbaşa əli olduğu şübhəsizdir.
İctimaiyyət yəqin ki, bu rəqəmlər və Amerikanın gizli apardığı müharibələrdən xəbərsizdir.
Böyüklü-kiçikli bütün dövlətlər Amerika Birləşmiş Ştatlarının hədəfi olublar. Az qala dünyanın bütün ölkələri ABŞ-ın işğalından payını alıb. Dəxili yoxdur, bu müharibədə onlar birbaşa iştirak edib, ya da dolayısı ilə.
FaktXəbər olaraq sözügedən işğallar və qətlialar barədə tarixi faktları təqdim edirik. Düzdür, araşdırma bir qədər böyükdür. Amma tarixdən xəbərdar olmaq lazımdır. Əks təqdirdə kimlərin başımıza hansı oyunlar açdığından xəbərsiz qalarıq.

Əfqanıstan
ABŞ-ın Sovet İttifaqını Əfqanıstanı işğal etmək üçün qızışdırması nəticəsində gedən müharibədə 1 milyon 800 min nəfər dünyasını dəyişib.
Sovet İttifaqı o zaman dünyəvi dövlət olan Əfqanıstan ilə dost münasibət qurarkən, Əfqanıstanda hakimiyyətin radikal qruplara keçəcəyini görəndə bunun Sovet İttifaqına yayılmasından şübhələnib, ora hücum etmişdi.
1998-ci ildə bir müsahibəsində ABŞ prezidenti Karterin müşaviri olmuş Zbiqnev Bjezinski Əfqanıstanda ABŞ-ın radikal qrupları dəstəklədiyini, Sovet İttifaqının buna görə işğal həyata keçirdiyini etiraf edib.
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) radikal qruplara 6 milyard dollar yardım etmiş (silah yardımından əlavə) və bu qruplar Əfqanıstanı ələ keçirmiş, Sovet İttifaqı isə Əfqanıstana daxil olmuşdu. (SSRİ müharibəni uduzmasına baxmayaraq, nüvə silahından istifadə etmədi və bu hadisə Sovet İttifaqının dağılmasının başlanğıcı oldu).
10 illik müharibənin sonunda 1 milyon 800 min insan öldü.
Daha sonra bir qədər də sürətlənən heroin istehsalı MKİ-nin əlinə keçir. Hazırda ABŞ-ın heroin bazarının 60%-i məhz Əfqanıstanda istehsal olunan heroinin payına düşür.
2001-ci ildə ABŞ Əfqanıstana qayıdır. Çünki Amerikanın 20 il əvvəl maliyyələşdirdiyi qruplar indi birdən terrorçu elan edilmişdi.
11 Sentyabr terror hücumlarının nəticəsi olaraq Əfqanıstana qarşı başladılan ABŞ işğalında 12.000 dinc əfqan qətlə yetirildi.
Söhbət o terror hücumundan gedir ki, birbaşa təşkilatçısı MKİ-dir və artıq aparılan onlarla araşdırmalarla sübut edilib. Əkiz qüllələr və bu qüllələrlə əlaqəsi olmayan, heç bir təyyarənin dəymədiyi WTC7 binası nəzarətli partlayışla çökdürülüb. BBC diktoru Ceyn Standley WTC7 binası hələ dağılmamışdan binanın çökdüyünü canlı yayımda milyonlarla insan qarşısında söyləmişdi.

Anqola
750.000 nəfərə yaxın dinc sakin MKİ-nin aradığı gizli müharibəyə görə dünyasını dəyişib.
Anqolada müstəmləkəçiliyə qarşı müqavimət 1960-cı illərdən başlayır, Anqola hökuməti Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınsa da, buna qarşı çıxan bir neçə ölkədən biri məhz ABŞ-dır. 1986-cı ildə Anqola hökumətini devirmək istəyən UNITA adlı bir qrupu dəstəkləyən də ABŞ olub. Bu gün də qarşıdurma hələ davam edir.
Boliviya
Boliviya hökumətinin mədənləri, yeraltı sərvətləri milliləşdirilməsindən narahat olan ABŞ Texasda təhsil almış Hüqo Banzerə dəstək verərək Boliviyada çevriliş etməsinə yardım edir. hakimiyyəti MKİ-nin çevrilişi ilə ələ keçirən Hüqo Banzer dövründə Boliviya mədənlərinin özəlləşdirilməsinə qarşı çıxan 400 nəfər öldürülüb.
Kamboca
ABŞ Conson və Niksonun prezidentlik dövrlərində Kambocanı gizli şəkildə bombalayırdı. Prezident Nikson bombalama fəaliyyətlərinə sürət verib Kambocanı işğal edəcəyini bildirəndə, Amerikada müharibə əleyhinə böyük mitinqlər başlayır.
Kambocanın bombalanması ölkəni müdhiş şəkildə qeyri-sabitliyə sürükləyir, bu vəziyyət Pol Potun rəhbərlik etdiyi Khmer Rouge Partiyanın hökuməti ələ keçirməsi ilə başa çatır. MKİ-nin oyuncağı olan Pol Pot və partiyası Kambocada 2.5 milyon insanın qətlinə səbəb olur.
Pol Pot ölümündən əvvəl MKİ-yə işlədiyini etiraf edir.

Saytların yığılması Saytlarin yigilmasi
Çad
1982-ci ildə MKİ-nin hakimiyyətə gətirdiyi Hissen Habre və partiyası ölkədə 40 min insanın ölümünə, 200.000 insana işgəncə verilməsinə cavabdehdir.
İnsan Haqları Müşahidə Komitəsi də Hissen Habrenin minlərlə adamın ölümünə məsul olduğunu deyir. 2001-ci ildə MKİ-nin yardımı ilə Seneqalda hakim qarşına çıxmaqdan son anda xilas olan Habrenin məhkəməsi Belçikada davam etdiriləcəkdi. Amma 2003-ci ildə ABŞ rəsmi Belçikanı NATO Baş Qərargahının Belçikadan başqa yerə keçirməklə təhdid edir.

Çili
MKİ 1958 və 1964-cü il seçkilərinə müdaxilə edir, ancaq 1970-ci ildə sosialist lider Salvador Allen seçkini qazanır. MKİ çevrilişlə rəhbərliyi ələ keçirmək istəyir, lakin Çilinin Baş Qərargah rəisi Rene Şneyder buna qarşı çıxır. MKİ ordu daxilində ələ aldığı bir dəstə əsgərlə Şneyderə sui-qəsd təşkil edir, amma uğurlu olmur. ABŞ üçüncü planı işə salır: Prezident Nikson Çili iqtisadiyyatının dağıdılmasını və yeni bir çevriliş üçün əlverişli mühitin – terrorun hazırlanmasını əmr edir.
Sonrakı aylarda Çili terror hücumları ilə sarsıdılır. ITT və digər Amerika şirkətləri Çilidə terroru maliyyələşdirir, QHT-lər nümayiş və tətillər təşkil edir. Nəhayət 11 sentyabr 1973-cü ildə Salvador Allen müəmmalı şəkildə intihar edir, ya da sui-qəsd qurbanı olur.
General Avqusto Pinoçet hakimiyyəti ələ keçirir. 17 il ərzində Çilidə 3000 nəfər öldürülür, minlərlə adam itkin düşür.
Çin
Rəsmi rəqəmlərdə Koreya ilə müharibəsində 900.000 çinlinin öldüyü bildirilir.
Kolumbiya
67.000 nəfərin ABŞ-ın dəstəklədiyi qüvvələr tərəfindən öldürüldüyü qeyd edilir. Başqa bir hesabatda isə bildirilir ki, 1986-cı ildə 20 min nəfəri ABŞ-ın silahlandırdığı qruplar öldürüb.
Hazırda isə hər il ən azı 3500 nəfər ABŞ-ın əsasını qoyduğu daxili müharibələrdə dünyasını dəyişir.
1996-cı il İnsan Hüquqları Monitorinq Komitəsinin hesabatında göstərilir ki, Kolumbiyadakı sui-qəsd manqalarına MKİ təlim keçib və təchizat verib.
Kuba
1961-ci ildə ABŞ Kubanı işğal edir. 114 Amerika əsgəri ölür, 1189 ABŞ hərbçisi əsir götürülür.
Təxminən 4000 kubalı dünyasını dəyişir. Başqa bir mənbədə isə bildirilir ki, ölənlərin 1800 nəfəri Kubada napalm bombalarının tətbiqindən yanaraq dünyasını dəyişib.

Konqo (Zair)
Zorakılığın və qarşıdurmaların fitili Belçika kralı Leopoldın Konqonu sömürməsi ilə qızır.
Konqonun əhalisi 20 il ərzində 10 milyon insan qətlə yetirilərək azaldılır, bu hadisəyə “Leopold soyqırımı və qətliamı” adı verilir.
1960-cı ildə Patrik Lumumba ilə Konqo müstəqil dövlət olur. MKİ tərəfindən Patrik Lumumba sui-qəsdlə öldürülür, bəziləri bu sui-qəsdi Belçikanın həyata keçirdiyini irəli sürsə də, sui-qəsdin planlaşdırılması və dəsti-xətti MKİ-ni göstərib. Sui-qəsddən qabaq MKİ agentlərindən biri olan Dr.Sidney Gottliebi sui-qəsddə istifadə ediləcək ölümcül bioloji maddəni Konqoya göndərir. Bu virusun Konqoda yoluxucu virusun yayılması üçün istifadəsi də nəzərdə tutulurmuş.
Son illərdə isə Konqo davamlı şəkildə vətəndaş müharibəsi ilə boğuşur, MKİ və dəstəklədiyi qüvvələr bu vətəndaş müharibəsini başladıb və qızışdırıblar. MKİ son 50 ildə Konqoya milyonlarla dollarlıq silah göndərib və ölkənin davamlı olaraq daxili müharibənin cəngində qalmasını təmin edib. Təkcə son illərdə vətəndaş müharibələrində Konqoda 6 milyondan çox insan dünyasını dəyişib.

Dominikan Respublikası
1962-ci ildə Xuan Bosç prezident olur, torpaq islahatı kimi xalqın xeyrinə olan proqramları dəstəkləyir, lakin ABŞ ilə münasibətləri pozulur. Yalnız 7 ay prezident ola bilir və MKİ-nin hazırladığı çevrilişlə vəzifəsindən uzaqlaşdırılır.
1965-ci ildə bir qrup dominikanlı Bosçu yenidən prezident görmək istəyir. ABŞ prezidenti Conson, “Bu Bosç heç yaxşı deyil” söyləyir. İki gün sonra ABŞ-ın istilası başlayır. 22.000 ABŞ əsgəri Dominikan Respublikasını işğal edir və 3000 dominikanlı bu hücumda qətlə yetirilir.

Şərqi Timor
1975-ci ildə İndoneziya Şərqi Timoru işğal edir. Bu işğal ABŞ prezidenti Cerald Ford və ABŞ xarici işlər naziri Henri Kissincerın İndoneziyadan çıxmasından yalnız, 1 gün sonra baş verir. İşğaldan bir gün əvvəl İndoneziya prezidenti Suxarto ilə görüş keçirirlər. müharibədən sonra ABŞ səfiri Daniel Moynihan belə deyir: “İşlər ümid etdiyimiz kimi getdi”.
Əhalisi 700.000 olan Şərqi Timorda 200.000 nəfər qətlə yetirilir.
16 il sonra – 1991-ci ildə əksəriyyəti uşaq olan 200 timorlu nümayiş keçirir. Amma hamısı qırılır. Cəsədlər isə yük maşınlar ilə dənizə tökülür. Ölüm əmrini verən isə Suxartonun qohumu Prabovo Subianto idi. O, MKİ-nin düşərgələrində təlim keçmişdi.

Salvador
1981-1992-ci illər arasında Salvadorda davam edən vətəndaş müharibəsinə ABŞ 6 milyard dollar xərcləyib.
Vətəndaş müharibəsi ərzində MKİ agentləri Salvadorda müxtəlif işgəncə vasitələrini sınaqdan keçiriblər. Bu məlumat “New York Times” qəzetində dərc olunub.
1981-ci ildə Mozote qəsəbəsində 900 nəfər qətlə yetirilir. Qətliamda iştirak edən 12 əsgərdən 10-unun Amerika məktəblərində hərbi təhsil aldığı müəyyənləşib. Ümumilikdə isə 75.000 Salvador vətəndaşı bu müharibələrdə dünyasını dəyişib.
Qrenadada
MKİ 1979-c ildə Moris Bişopun prezidentliyi dövründə ölkədə stabilliyi pozmağa başlayır. Çünki yeni prezident Kubanı dəstəkləyirdi, bu isə onun sonunu gətirdi. 1983-cü ildə ABŞ Qrenadanı işğal edir və prezident Bişop devrilir. 277 nəfər öldürülür.

Qvatemala 
Yakob Arbenz 1951-ci ildə seçki yolu ilə Qvatemala prezidenti seçilir.
Yeni seçilən prezident “United Fruit Company” adlı Amerika şirkətinin maraqlarına toxunduqda isə, şirkət Arbenz əleyhinə kampaniyaya başlayır və 300 pullu əsgərlə ölkənin neft anbarlarını, qatarlarını bombalayır. 1954-cü ildə MKİ-nin təşkil etdiyi çevrilişlə Yakob Arbenz vəzifəsindən salınır, Arbenz ölkəni tərk etmək məcburiyyətində qalır. Növbəti il ərzində ABŞ-ın dəstəklədiyi hökumətlər Qvatemalada minlərlə insanı qətlə yetirir.
1999-cu ildə “Vaşinqton Post” qəzetində dərc olunan hesabata görə, 200.000-dən artıq insan Qvatemalada qətlə yetirilib. Hesabatda göstərilir ki, MKİ agentləri və Qvatemaladakı tərəfdaşlarının istifadə etdiyi gizli evlər əməliyyatlarda qərargah kimi istifadə edilib.
1981-1983-cü illər arasında ABŞ-ın dəstəklədiyi qüvvələr 4 Maya qəsəbəsini tamamilə məhv edib. Bu qəsəbələrdəki ölü sayı məlum deyil.

Haiti
Haitiyə 1957-1986-cı illər arasında Papa Duvalier, sonra isə oğlu rəhbərlik edib. Onun hakimiyyətə gəlməsində birbaşa MKİ iştirak edib. Rəhbərliyi müddətində MKİ-nin təlim keçdiyi xüsusi ölüm manqaları 100.000-ə yaxın insanı qətlə yetirib. Bu qırğınlar zamanı milyonlarla dollar dəyərində silah MKİ-nin çətiri altında olan şirkətlər vasitəsilə Haitiyə köçürülüb. Papa Duvalierın oğlu hakimiyyətə keçəndə isə daha böyük qırğınların həyata keçirildiyi qeyd edilir. Haiti ilə MKİ-nin əlaqəsi bu gün də davam edir.
Honduras
1980-ci illərdə MKİ-nin dəstəklədiyi “Battalion 316” yüzlərlə Honduras vətəndaşına işgəncə verib və ya öldürüb. İşgəncə alətlərini argentinalı MKİ əməkdaşı təmin edib. ABŞ səfirliyinin baş verənlərdən xəbəri olub, ancaq “Battalion 316” və liderlərini dəstəklənməyə davam edib.
Honduras həmçinin nikaraqualı sosialist lider Con D.Neqroponteni devirməyə çalışan silahlıların da əsas mərkəzi olub. Bu müddət ərzində ABŞ Hondurasa hər il təxminən 77 milyon dollar pul yardımı edib.
Macarıstan
1956-cı ildə ABŞ-ın qızışdırması ilə Macarıstan Sovet İttifaqına qarşı üsyan qaldırır. Nəticədə 3000 nəfər dünyasını dəyişir, üsyan müvəffəqiyyətsiz olur.

İndoneziya
1965-ci ildə çevrilişlə general Sukarnonun hakimiyyətini general Suxarto ələ keçirir. Bu hakimiyyət dəyişikliyində ABŞ-ın rolu böyük olur. General Suxartonun əlinə öldürülməsi üçün 5000 nəfərlik siyahı verilir. Suxartonun MKİ-də təlim görmüş ölüm manqaları terror həyata keçirməyə başlayırlar. ABŞ səfirliyinin işçisi Robert Martens hadisələr barədə danışarkən etiraf edir ki, tam sayı bilinməsə də, 3 milyona yaxın insan qətlə yetirilir.
ABŞ 1993-1997-ci illərdə İndoneziyaya 400 milyon dollar pul yardımı edib, külli miqdarda silah satıb.
İran
İran 262.000 vətəndaşını İraq müharibəsində itirib. Sözsüz ki, İraq prezidenti Səddam Hüseyni də İranla müharibəyə təşviq edən ABŞ idi. Aqibəti də bəllidir: ABŞ tərəfindən edam edildi.

İraq
1. İran-İraq müharibəsi: 1980-1988-ci illərdə davam edib. Ümumilikdə 105.000 iraqlı dünyasını dəyişib.
Bu müharibə zamanı ABŞ hökuməti İraqa milyardlarla dollar pul və silah yardımı edib. Silah yardımı bioloji və kimyəvi silahları da əhatə edir. ABŞ iki tərəfin də müharibəni qazanmasını istəməyib. Məqsəd iki dövlətin də stabilliyinin pozulması olub.
2. 1990-cı ildə Səddam Hüseyn ABŞ-ın təhriki ilə Küveyti işğal edir.
1990-2003-cü illər arasında İraqa embarqo tətbiq olunmağa başlayır. Belə ki, İraq ABŞ-ın bu işğala qarşı çıxacağını heç gözləmir, səbəbi isə ABŞ-ın İraq səfiri April Glaspienin Səddam Hüseynə ABŞ-ın Küveyt problemində tərəf olmayacağı təminatını verməsidir. Ancaq bu hadisə klassik bir ABŞ tələsi idi.
Beynəlxalq mediada İraq əleyhinə kampaniya başladılır, ABŞ Senatı qarşısında Küveyt səfirinin qızının uydurma ifadələri ilə ABŞ dünya ictimaiyyətini İraqa qarşı hərbi müdaxilə məsələsində aldadır.
1991-ci ildə ABŞ-ın hava əməliyyatları başlayır və 42 gün davam edir. Sonra quru əməliyyatla İraqın işğalı başlayır. 150 ABŞ əsgəri ölür. Amma əvəzində son model bombalarla 200.000-dən artıq İraq əsgəri öldürülür.
Bundan başqa, ABŞ İraqda 400 ton nüvə tullantısı qoyub.
İraqda digər ölümlər isə ölkənin müharibə vəziyyəti, xəstəxana və qurğuların işləməməsi, çatışmazlığı və terror səbəbi ilə baş verir.
1995-ci ildəki bir hesabata görə, İraqa tətbiq olunan embarqodan 560.000 uşaq ölüb.
3. 1991-ci ildə başladılan İraq müharibəsi hələ başa çatmamış, ABŞ 11 sentyabrdan (2001) sonra İraqı yalandan bəhanələrlə yenidən işğal edir və daha çox iraqlı öldürülür. Bu gün Yaxın Şərqdə terror əsdirən İŞİD terror təşkilatının əası qoyulur.
Son hesabatlara görə, 2001-ci ildən bu yana İraqda 3 milyona yaxın insan öldürülüb.

Şimali və Cənubi Koreya 
Koreya müharibəsi 1950-ci ildə başlayıb. ABŞ prezidenti Trumenə görə, Şimali Koreya Cənubi Koreyanı işğal edib. İşin əsli isə işğal edənin Şimali Koreya deyil, Cənubi Koreya olmasıdır. Hazırda Cənubi Koreya rəhbərliyi tamamilə MKİ-nin əlindədir. Cənubi Koreyada Şimali ilə birləşmək istəyən dövlət başçıları ya həbsxanadadır, ya da öldürülürlər. Şimali Koreya haqqında yaxşı sözlər deyən Cənubi Koreyalılar birbaşa həbsxanaya göndərilir.
Şimali Koreyaya görə, müharibə başlamamışdan əvvəl Cənub tərəfi 1949-cu ildə 3000-ə yaxın Şimalı Koreyalını qətlə yetirib.
Hələ Birləşmiş Millətlər Təşkilatı qərar verməmiş, ABŞ Şimali Koreyaya Napalm bombaları ilə hücum edir. Ümumilikdə 4.5 milyon insan öldürülür.
Bəzi mənbələrə görə, öldürülənlərdən 4 milyonu dinc sakinlərdir.
ABŞ bu müharibədə Şimali Koreyaya 650.000 ton bomba atıb. Bunlardan da 43.000 tonu Napalm bombası olub.
Laos
1965-1973-cü illər arasında Vyetnam müharibəsi zamanı ABŞ Laosa 2 milyon tondan artıq bomba yağdırıb Bu rəqəm İkinci Dünya müharibəsində bütövlükdə atılan bomba sayından daha çoxdur. Laosda əhalinin yarıya yaxını köçmək məcburiyyətində qalıb və qaçqın vəziyyətinə düşüb.
Laosun bombalanması “gizli müharibə” kimi qeyd edilir, səbəbi isə mətbuatda bu barədə heç vaxt yazılmamasıdır.
200.000-dən artıq Laos vətəndaşı öldürülüb. Amma Amerikanın Laosa müdaxiləsi bundan 15 il əvvəl başlayıb. 1950-ci ildə vətəndaş müharibəsi başlayır. ABŞ laoslulardan ibarət 40.000 nəfərlik ordu hazırlayır. Məqsəd sosialist Pathet Laonun hakimiyyəti ələ keçirməsinin qarşısını almaq idi.
Nepal
1996-cı ildə baş verən vətəndaş müharibəsində 12.000 nəfər ölüb. “Foreign Policy in Focus”a görə, ölüm sayı Amerika istehsalı olan silahların və MKİ agentlərinin ölkəyə soxulması ilə qat-qat artıb.
2002-ci ildə yenidən alovlanan vətəndaş müharibəsi nəticəsində ABŞ prezidenti Corc Buş Amerika tərəfdarı olan Nepal hökumətinə 20 milyon dollarlıq silah yardımı göndərilməsini təmin edib.

Nikaraqua
1981-ci ildə Sandinistalar Somoza hökumətini devirirlər. (Sandinist Milli Azadlıq Cəbhəsi (FSLN) Karlos Fonseca, Tomas Borge və Silvia Mayarqonun başçılığı ilə 19 iyul 1979-cu ildə Nikaraquada hökm sürməkdə olan Somoza diktaturasını devirən təşkilatdır. FSLN adını 1927-ci ildə ABŞ Dəniz Piyadalarının Nikaraquaya müdaxiləsindən sonra tərəfdarları ilə dağa çıxaraq ABŞ əleyhinə silahlı aksiyalar ilə xalqın rəğbətini qazanan Avqusto Sezar Sandinodan götürüb. Üzvləri “Sandinist” adlandırılır. Hazırda Nikaraquada iqtidar partiyasıdır.) 1990-cı ilə qədər 25.000 nikaraqualı sandinistalar və Somoza hökumətini davamı etdirən, MKİ-nin dəstəklədiyi Faner terrorçuları arasında baş verən toqquşmalarda ölürlər. MKİ kokain alverindən qazandığı pulu bu terrorçuların saxlanması üçün istifadə edir.
Pakistan
1971-ci ildə Amerikanın dəstəklədiyi Qərbi Pakistan amansız şəkildə Şərqi Pakistanı işğal edir. Müharibə Hindistanın Şərqi Pakistanı (indi Banqladeş) işğal edib, Qərbi Pakistan qüvvələrini məğlub etməsi ilə bitir.
Bu dəfə də ABŞ İraqda Səddam Hüseyndən istifadə etdiyi kimi, Qərbi Pakistandan yararlanır.
Müharibə zamanı Qərbi Pakistana 15 milyon dollarlıq silah yardımı edilir. Ümumilikdə 3 milyon insanın öldüyü bildirilir.
Panama
1989-cu ildə Amerika qüvvələri Panama lideri Manuel Norieqanı həbs etmək üçün Panamanı işğal edir.
Manuel Norieqa illərlə MKİ üçün işləməsinə baxmayaraq, ABŞ-a qarşı mübarizə aparanlarla savaş üçün yaradılan ittifaqa qoşulmadığı üçün devrilir, yerinə daha itaətkar biri gətirilir.
İşğal nəticəsində 4000 dinc sakin öldürülür.
Filippin
Filippin 100 ildir ki, ABŞ-ın müstəmləkəsi olan ölkədir. Vətəndaşlarını əzən hökumətlər mütəmadi olaraq ABŞ-dan dəstək görüblər.
ABŞ əleyhinə fəaliyyət göstərən 100.000-dən artıq filippinli MKİ-nin dəstəklədiyi prezident Fernando Markosun rəhbərliyi ilə qətlə yetirilib.

Sudan
1955-ci ildə müstəqilliyinə qovuşan Sudanın adı davamlı olaraq daxili müharibələrlə çəkilir.
2003-cü ilə qədər 2 milyon insan daxili müharibələrdə dünyasını dəyişib.
Beynəlxalq İnsan Haqları təşkilatlarının hesabatlarına görə, regiondakı Amerika siyasətləri bu vətəndaş müharibələrinə təkan verib. ABŞ Hartumda yerləşən mərkəzi hökumətin devrilməsi üçün vuruşan qrupları mütəmadi olaraq maliyyələşdirir.
Madlen Olbrayt Sudan Azadlıq Ordusunun (SPLA) liderləri ilə 1999 ildə görüş də keçirib. SPLA liderinin açıqladığına görə, Misir və Liviyanın təklif etdiyi Sudana sülhü gətirəcək planını qəbul etməsəir, ABŞ SPLA-ya yardım edəcəyinə dair söz verib.
1998-ci ildə ABŞ Hartumu 75 kruiz raketi ilə bombalayır. Hədəf isə ABŞ-ın həmişəki yalanları idi. ABŞ-a Usame bin Ladenə aid kimyəvi silah zavodlarını bombaladığını açıqladı. Ancaq əsl hədəf kasıb ölkənin dərman fabrikləri idi.
Təcavüz nəticəsində minlərlə insan dərmansızlıqdan, sadə xəstəliklərdən və yoluxucu xəstəliklərdən ölür.
ABŞ zavodların sahiblərinin istədiyi təzminatları sözsüz şəkildə ödədi.
ABŞ-ın bölgəyə marağı isə 1978-ci ildə Sudanda zəngin neft yataqlarının tapılmasından sonra daha da artıb.

Vyetnam
Razılaşmaya görə, Şimali və Cənubi Vyetnamda seçki keçirilməsi planlaşdırılmışdı. ABŞ isə bunu istəmir və Cənubi Vyetnamdakı Diem hökumətini dəstəkləyirdi, eyni ilə Koreya kimi. 1964-cü ildə MKİ saxta əməliyyat keçirirlər. Guya vyetnamlılar ABŞ gəmisinə hücum ediblərmiş. Bu  isə 5.1 milyon insanın ölümünə səbəb olan müharibənin başlanğıcı olacaqdı. ABŞ ordusu bir çox əməliyyatda dinc sakin, uşaq, əsgər ayrı-seçkiliyi etmədən yüz minlərlə insanı qətlə yetirdi. Müharibədən sonra 14 əsgər haqqında qaldırılan məhkəmə iddiasında bütün əsgərlər bəraət aldı. Yalnız leytenant Vilyam Kalleyə ömürlük həbs cəzası verilir. Daha sonra isə onun bu cəzası ABŞ prezidenti Riçar Nikson tərəfindən 3 illik ev həbsi ilə əvəz edilir.
Kamboca və Laosda da 2.7 milyon insanın öldürüldüyünü nəzərə alsaq, Vyetnam müharibəsində təxmini ümumi öldürülən insan sayı 7.8 milyondur.
Yuqoslaviya
Yuqoslaviya İkinci Dünya müharibəsi zamanı ABŞ-ın yanında yer aldığı üçün ABŞ tərəfindən dəstəklənir. Ancaq Sovet İttifaqının dağılmasından sonra Yuqoslaviyanın ABŞ üçün əhəmiyyəti qalmadı.
ABŞ və Almaniya sosialist Yuqoslaviyanı kapitalist quruluşa çevirmək və güclü Yuqoslaviyanı bölüb parçalara ayırmaq üçün işə başlayırlar. Etnik və dini tərəfləri manipulyasiya edirlər. Separatçıları dəstəkləyirlər, Yuqoslaviyanın bölünməsini istəyən hər kəsi maliyyələşdirirlər.
Nəticədə onlarla vətəndaş müharibəsi başlayır. Döyüşlərdə ümumilikdə 500.000-ə yaxın dinc sakin öldürülür.
Bu sadalananlar son 15 ilə qədər olan tarixi faktlardır. Amma bura ABŞ-ın birbaşa əli yaradılmış terror təşkilatlarının törətdikləri qətliamları, Əfqanıstan, Liviya, Suriya, İraq, Yəmən və sair müharibələri də əlavə etsək, daha bir neçə milyon dinc sakin ölümünün şahidi olarıq.
Amerikada qətlə yetirilən 80 milyondan çox qırmızıdərili hinduları isə unutduğumuzu hesab etməyin.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button