2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

3705 yeni yoluxma, 42 ölüm aşkarlanıb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4210 nəfər sağalıb.

Bu məlumatı bu gün, dekabrın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 42 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 199127 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 135462 nəfər sağalıb, 2175 nəfər vəfat edib, aktiv xəstə sayı 61490 nəfərdir”

Saytların yığılması Saytlarin yigilmasi

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 17931, hazırkı dövrədək isə 2049239 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.Ötən həftə açıqlanan rəsmi məlumata görə, belə xəstələrin sayı 50 min civarındadır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button