2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

57 min kredit restrukturizasiya olunub

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası başlayandan bəri 1.3 milyard manatlıq 57 mindən çox kredit restrukturizasiya olunub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə açıqlamasında bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Restrukturizasiya kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsidir.

Qurum bəyan edib ki, yeni ödəniş qrafiki müəyyən olunmuş məbləğin 87%-i biznes, 9%-i istehlak, 4%-i ipoteka kreditlərinin payına düşüb. 2021-ci ilin əvvəlində pandemiya ilə bağlı tətbiq olunmuş yumşalmalardan sonra restrukturizasiya portfelinin ödənişləri üzrə müsbət dinamika müşahidə olunub. Ötən il dekabrın 1-nə portfelin qalıq məbləği 0.7 milyard manat təşkil edib.

Nazirlər Kabineti 2020-ci ildə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin sərtləşdirildikdən sonra ölkədə sahibkarlıq subyektlərinə bir sıra dəstək tədbirləri (o cümlədən kreditlərlə bağlı güzəşt) həyata keçirmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə isə, indiyə kimi ölkədə ümumilikdə 618 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8 min 398-i vəfat edib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button