Bizim tərcümə

65 il sonra həqiqət üzə çıxdı! “Amerikanın naməlum uşağı”nın adı məlum oldu!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-10 14:20:03

onilliklər üçün “Qutudakı oğlan” kimi tanınan qurbanın adı Joseph Augustus Zarelli aşkar edilib.

Polis həm DNT texnologiyası, həm də yaxşı dedektiv işi sayəsində şəhərin ən qədim açılmamış qətlinin qurbanı olan oğlanın kimliyini nəhayət tapdıqlarını deyir.

Saytların yığılması Saytlarin yigilmasi

Filadelfiya polis rəisi Danielle Outlaw bildirib ki, bu qətlin sirri onilliklər ərzində ictimaiyyətin yaddaşından silinməyib.

Qətl işinin hələ də açıq olduğunu və istintaqın davam etdiyini bildirən polis rəsmiləri hazırda şəxsiyyəti üzə çıxan oğlanla bağlı naməlum təfərrüatların tamamlanması üçün ictimaiyyətdən kömək istəyib.

DNT testi üzə çıxdı

Əslində polis daha əvvəl də oğlanın qalıqlarını DNT testi üçün göndərmişdi, lakin nümunə kifayət etmədiyi üçün nəticə alınmadı. Daha sonra məhkəmə-tibb eksperti eyni DNT nümunəsindən istifadə edərək oğlanın qohumlarını müəyyən edə bilib.

Bu zaman polis müstəntiqləri doğum və övladlığa götürmə qeydlərini araşdıraraq, bu şəxslərlə qutuda cəsədi tapılan oğlan arasında əlaqəni tapıblar.

65 ildən sonra həqiqət üzə çıxdı Amerikanın naməlum uşağının adı məlum oldu

Joseph Augustus Zarelli adlı oğlan 13 yanvar 1953-cü ildə anadan olub.

O NECƏ TAPILDIR?

1957-ci ilin qışında, Philadelphia-nın Fox Chase məhəlləsində fevral ayında meşəlik ərazidə JC Penney mağazalar şəbəkəsinə aid karton beşik qutusunda dörd-altı yaş arasında olduğu təxmin edilən bir oğlan uşağının ədyala bükülmüş cəsədi tapıldı.

İtkin düşən və İstismar Edilən Uşaqlar üçün Milli Mərkəzdən verilən məlumata görə, çılpaq və pis bədən xəsarətləri alan oğlanın çəkisi 15 kilo belə yox idi və bədənində də yüngül xəsarətlər var idi. Polis oğlanın döyülərək öldürüldüyü qənaətinə gəlib.

Uşağın fotoşəkilləri şəhərin hər yerindən asılıb.

Onilliklər ərzində polis, detektivlər, həkimlər və DNT mütəxəssisləri ictimaiyyətdən gələn yüzlərlə hesabat və ipucunu izləyərək bir nəticəyə gəlməyə çalışıblar.

Bu iş həm də özəl detektivləri və könüllü həvəskarları cəlb etdi. Bunlardan Vidocq Cəmiyyəti adlı qrup bu həftə keçirdiyi mətbuat konfransında polisə töhfələrinə görə təşəkkür etdi.

Lakin illər keçdikcə detektivlər minlərlə ipucunu izlədi və heç bir yerə çatmadı.

65 ildən sonra həqiqət üzə çıxdı Amerikanın naməlum uşağının adı məlum oldu

Qəbir daşının üstündə uşaq meyiti “Amerikanın naməlum uşağı” yazılmış və dəfn edilmişdir.

Filadelfiya polis rəisi Danielle Outlow bu həftə keçirdiyi mətbuat konfransında oğlanın kimliyini açıqladı. “Heç kim adının və həyat hekayəsinin məlum olmasını bu qədər gözləməməlidir” dedi.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button