2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

808 yeni koronavirusa yoluxma halı aşkarlanıb

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan isə 369 nəfəri sağalıb.

Bu məlumatı yanvarın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda qeyd olunur ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

Qərargahın açıqladığı məlumata görə, indiyə kimi ölkədə ümumilikdə 625 min 726 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 min 514-ü sağalıb, 8521-i vəfat edib, aktiv xəstə sayı 8691-ə yüksəlib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 5.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button