2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

ABB-nin Əhmədli filialı fəaliyyətə başladı

®Müştərilərə maksimum əlçatan olmaq üçün ABB xidmət şəbəkəsinin inkişafını uğurla həyata keçirir. Filialların ofisləri Bankın yeni brend kimliyinə uyğun qurulur. Həmçinin yeni filiallar yaradılır. Bu prosesin davamı kimi ABB-nin Əhmədli filialı fəaliyyətə başlayıb. Filial Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi – 155 ünvanında müştərilərə xidmət göstərir. 

Saytların yığılması Saytlarin yigilmasi

Filialın binası Bankın yeni konseptinə uyğunlaşdırılıb. Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər Əhmədli filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button