2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Abbas Abbasov, Akif Çovdarov, Mübariz Mənsimovla şərik…Müşviq Rəhimov kimdir? – Özəl

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İmtahan Qeydiyyatı şöbəsinin rəisi Müşfiq Rəhimov haqda iki sensasion xəbər meydana çıxıb. Onlardan biri Abbas Abbasovla əlaqələri, digəri MTN işində adının keçməsidir.

 

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org-un əldə etdiyi üçüncü xəbərə görə, uzun illərdir qeyri-qanuni nömrə satışı həyata keçirməklə milyonlara sahib olan məmurun Lənkərandakı “Xəzər palace” istirahət mərkəzini “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla şərik tikdirməsidir.

 

Mənbə iddia edir ki, M.Rəhimovla M.Mənsimovun biznes əlaqələri var və Kənarmeşə ərazisində tikilmiş nəhəng istirahət mərkəzi Türkiyədəki iş adamının ciddi dəstəyi ilə araya-ərsəyə gəlib. Amma iş adamı bu məsələni gizli saxlayıb və M.Rəhimovu irəli verib.

 

Yayılan digər xəbər isə Müşfiq Rəhmovun keçmiş MTN rəhbərliyi ilə sıx münasibətlərinin olmasıdır. Uzun illər MTN-in 90-009 seriyalarını heç kimə verməyib, ancaq bu nazirliyin adamlarına verib.

 

Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda məhkəməsi gedən Akif Çovdarova, onun və qurumun digər yüksək vəzifəli şəxslərinin qohum-əqrəbalarına nömrə verib.

 

Əvəzində ona yaradılan gen-bol şəraitdən istifadə edən bu kiçik məmur Lənkəran kimi bir yerdə dənizin düz içində dünya şöhrətli “Xəzər Palace” tikib.

 

Hansı ki, həmin obyektin dəyəri 15-20 milyon dollarla ölçülür. Bundan əlavə, Bakıda da dəbdəbəli evləri, villaları var, İstanbulda biznesi var. Soruşan yoxdur ki, 1500 manat maaşla bunları necə əldə etmisən?!

 

24saat.org xəbər verir ki, sosial şəbəkələrdə, mediada dövlət qeydiyyat nişanları 99 TT 999 – 230 min manata, 99 LL 999 – 200 min AZN, 99 VV 999 – 200 min AZN, 99 UU 999 – 200 min AZN-ə satılması barədə məlumat yayılmışdı.İndi isə M.Rəhimov 90-OO və 10-OO, 10-YY seriyalarının həddən artıq baha qiymətə satışına başlayıb.

 

Hansı ki, burada qiymətlər 5 mindən başlayır 300 min manatadək qalxır. M.Rəhimovun məşğul olduğu başqa bir biznes maşınlara vinil vurulmasıdır (avtomobillərin rənginin dəyişdirilməsi).

 

Mənbəmiz deyir ki, DYPİ-də bu məsələ də onun kurasiyasındadır: “Baxmayaraq ki, bu proses üçün dövlət rüsumu müəyyənləşib və ümumilikdə buna maksimum 70 manat rüsum ödənməlidir. M.Rəhimovun prosesə qoyduğu qiymət 500 manatdan 1500 manatadək dəyişir.

 

24saat.org xəbər verir ki, başqa bir xəbərdə isə baş nazirin sabiq müavini Abbas Abbasovun 2010-2015-ci illərdə 77 saylı Astara seçki dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın siyahısından çıxarılmış sabiq deputat, “Diplomat-1” şirkətinin rəhbəri Aslan Cəfərov var.

 

Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicisi imiş.

 

Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı Samirə xanımın qızı ilə ailə həyatı qurub. Gənclərin toy mərasimi isə 2009-cu ilin oktyabrında “Buta” sarayında çox dəbdəbəli şəkildə həyata keçirilib.

 

Aslan Cəfərovun qohumları və işortaqları sırasında adı media aləmi üçün çox yaxşı tanınan başqa bir maraqlı isim də var – Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-Qeydiyyat şöbəsinin rəisi Müşviq Rəhimov. Bu obyektə də şəriklikdə Abbas Abbasovun ortağının – Aslan Cəfərovun payının olduğu vurğulanır.

 

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button