2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ABŞ 907-ci düzəlişi bərpa etdi: “Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq”

Rəsmi Bakı qərarı qərəzli sayır və cavab addımları atacağını deyir

Noyabrın 15-də ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmələr keçirilib.

Tədbirdə Dövlət Departamentinin Avropa və Avrasiya üzrə rəsmisi Ceyms O’Brayn deyib ki, ABŞ Bakı ilə Yerevan arasında sülh sazişi bağlanmayana qədər Azərbaycanla “adi iş” aparmayacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Konkret addımlara gəlincə, Ceyms O’Brayn bildirib ki, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq.

Onun sözlərinə görə, bu da Azərbaycana yardım göstərməyi mümkünsüz edir:

Bundan əlavə, ABŞ  tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir”.

Rəsmi Bakı əmin etdi ki, onların belə bir niyyəti yoxdur”

O həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu dəfələrlə açıq şəkildə bəyan edib:

Rəsmi Bakı əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”.

19 sentyabr lokal hərbi əməliyyatlar haqqında danışan Ceyms O’Brayn bildirib ki, Departament Dövlət katibi Blinkenin göstərişi ilə təkcə o günlərdə deyil, ondan əvvəlki aylarda baş verənlərin hərtərəfli və şəffaf hesabatını hazırlayır:

“Vaşinqton Ermənistana dəstək üzərində də işləyir. Biz Ermənistana dəstək vermək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq edirik”.

Sülh danışıqlarına gəldikdə, Ceyms O’Brayn vurğulayıb ki, qarşıdakı bir neçə həftə tərəflərin yaxşı niyyətdən hərəkətə keçmək istəyini yoxlamaq üçün kritik olacaq.

Ceyms O’Brayn. Foto: “Turan”

Diplomat konqresmenlərin sualını cavablandırarkən bir daha bəyan edib ki, 19 sentyabr hadisələrindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq:

Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, rəsmi Bakının hərəkətlərini pislədik və 907-ci düzəlişı bərpa etdik”.

XİN: “Azərbaycana qarşı ittihamlar regionda sülh və təhlükəsizliyi sarsıdır”

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın çıxışını birtərəfli, qərəzli, səmərəsiz, əsassız və qəbuledilməz sayıb.

Bu barədə noyabrın 16-da XİN-in Mətbuat İdarəsinin yaydığı açıqlamada qeyd olunur.

XİN 15 noyabr Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsində səsləndirilən fikirləri Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirib:

Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır”.

Rəsmi Bakı Vaşinqtonun bir sıra yüksək səviyyəli səfərləri ləğv etməsinə eyni yanaşmayla cavab verib:

“Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik. Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər”.

Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir”, – deyə XİN qeyd edib.

Nazirlik bildirib ki, Dövlət Departamentinin nümayəndəsinin Azərbaycanın 19 sentyabr addımlarına münasibəti beynəlxalq hüququn norma və prinsiplərinə, habelə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata ziddir:

“Çünki Vaşinqton ərazilərimizdə 10.000-dən çox erməni silahlı qüvvələrinin qanunsuz mövcudluğu məsələsinə etinasız yanaşıb. Üstəlik, Azərbaycan bütün, o cümlədən ABŞ-la keçirilmiş görüşlərdə sözügedən qüvvələrin bölgədə təhlükə mənbəyi olduğunu dəfələrlə qeyd edib və onların dərhal çıxarılmasına çağırış edib. Bundan əlavə, ABŞ tərəfi sülh prosesinin irəliləməsinin vacibliyindən bəhs edərkən Ermənistanın artıq iki aydan çoxdur ki, Azərbaycanın sülh sazişi ilə bağlı təkliflərinə cavab verməyərək, prosesi ləngitdiyini unudur”.

Baza prinsiplər, habelə sülh sazişinin imzalanması, o cümlədən sərhədlərin demarkasiya və delimitasiyası, həmçinin kommunikasiya xətlərinin açılması əsasında sülh prosesini başladan tərəfin Azərbaycan olmasına baxmayaraq, dövlət katibinin köməkçisi son 3 il ərzində bu istiqamətlər üzrə göstərilən səylərin Ermənistan tərəfindən sarsıldığını və maneə törədildiyini qeyd etməkdən çəkinib. Ermənistandan fərqli olaraq, Azərbaycan, 6 oktyabr 2022-ci il tarixində Praqada baş tutan görüş zamanı da bir daha təsdiqləndiyi kimi, hər zaman Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət edib”, – deyə nazirlik qeyd edib.

Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır…”

XİN hesab edir ki, vasitəçilərdən biri olan ABŞ təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır:

“Separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir. Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur”.

ABŞ-a yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir”, – deyə XİN vurğulayıb.

Foto: XİN

Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı şərhinə gəlincə, XİN qeyd edib ki, ABŞ 1992-ci ildə təcavüzə və işğala məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır:

2001-ci ildə 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin ildə 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və loqistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan idi. Azərbaycan eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə olub. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib, amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması  məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır”.

Proses sanksiyalara doğru gedir…”

Yaranmış qarşılıqlı ittihamları Meydan TV-yə şərh edən politoloq Ərəstun Oruclu deyir ki, hazırda tərəflərin bir-birinə qarşı hansı addımlar atması önəmli deyil, çünki bütün addımlar münasibətlərin indiki ruhundan qaynaqlanır:

Bakı-Vaşinqton münasibətləri isə korlanıb. 15 noyabrda Konqresdəki müzakirələr, ondan əvvəl erməni keşişin toplantıya dəvət edilməsi, ona Nümayəndələr Palatsının tribunasından Azərbaycanın ünvanına ittihamlar səsləndirməyə imkan yaradılması münasibətlərin korlandığını təsdiqləyir. Elə əvvəlcədən də bu, pərdəarxasındakı danışıqlardan bəlliydi. İndi isə hər şey münasibətlərin yeni formatı əsasında davam edəcək, bu isə o deməkdir ki, qarşılıqlı ittihamların, neqativ çalarlı bəyanatların şahidi olacağıq”.

Gedişatın Azərbaycan üçün nələr vəd etməsinə gəlincə, Ərəstun Oruclu güman edir ki, proses sanksiyalara doğru gedir:

Əslində, Azərbaycana təzyiq hər iki tərəfdəndir: Avropa Birliyi və ABŞ-dan. Qərb üçün bunun mümkün səbəblərindən biri odur ki, Azərbaycan Rusiyayla yaxınlaşa bilər. Təbii ki, bu, Qərbin regional maraqlarına təhdid olardı, ilk növbədə də geosiyasi maraqlarına qarşıdır. Əslində, ziddiyyətlərin təməlində Qarabağ erməniləri problemi yox, elə həmin maraqlar dayanır. Amerikalılar əvvəlcədən 19 sentyabr anti-terror əməliyyatının olacağını bilirdilər. Amma əməliyyatı dayandırmaq üçün qəti addımlar atmadılar”.

Görünür, Azərbaycanin artıq Rusiya ilə anlaşmada olduğunu düşündülər. Onsuz da Qərbin Azərbaycanı Rusiyanın yanında göründüyünü qeyd etmişdik. Əks halda, Rusiya Azərbaycana Qarabağı tam nəzarətə götürməsinə şərait yaratmaz, həmçinin separatçı rejimin rəhbərlərinin həbsinə “göz yummazdı”. Görünən odur ki, Rusiya Cənubi Qafqaz siyasətini Azərbaycan üzərindən həyata keçirməkdə maraqlıdır, Ermənistan onun üçün bu dərəcədə önəm kəsb etmir. Təbii ki, Moskva vəziyyətdən istifadə edərək Ermənistanda siyasi şəraiti öz xeyrinə dəyişmək istəyəcək. Qərb də bütün bunları görür”, – deyə siyasi şərhçi qeyd edib.

Artıq tərəf seçmək vaxtıdır, balanslı siyasətin perspektivi yoxdur”

O, son bir neçə həftədə Vaşinqton-Bakı rəsmilərinin qarşılıqlı səfərlərinə də toxunub. Güman edir ki, ABŞ hələ ki istədiyinə nail ola bilməyib:

Siyasi şərhçi Ərəstun OrucluSiyasi şərhçi Ərəstun Oruclu
Foto: AFU

“Biz ABŞ-ın Azərbaycana hansı təklifi verdiyini bilmirik. Mən yalnız ehtimal edə bilərəm ki, əsas təklif Rusiyanın Yaxın Şərqə yolunu kəsmək olub. Xüsusən İsrail-Fələstin münaqişəsi alovlanandan sonra Rusiya və Qərbin bu məsələdə də əks qütblərdə olduğunu gördük. Hərçənd Netanyahu hökuməti Rusiyaya çox loyal yanaşırdı. Amma Moskvanın maraqları tələb edir ki, o, Yaxın Şərqdəki proseslərə müdaxilə etsin, çünki həmin bölgəyə ciddi qlobal oyunçu rolunda qayıtmalıdır. Hələ illər əvvəl bunun da yalnız Azərbaycan üzərindən həyata keçirilməsinin mümkün olduğunu demişdik. Amma bu barədə anlaşma alınmadığından Azərbaycanı günahlandırmaq çox yanlışdır. Ona görə ki ABŞ-ın təminatı yoxdur, yəni Azərbaycan Rusiyanın yolunu kəssə, şimaldan olan təhdidlərin qarşısını almaq üçün Vaşinqton təminat verirdimi? Heç olmasa, Ukrayna kimi Azərbaycan qorunacaqmı? Bax, bu, ciddi suallar doğurduğundan, Bakı müəyyən qədər balanslı siyasət yürütməyə çalışdı, amma indi bu siyasətin perspektivi yoxdur”.

Artıq tərəf seçmək vaxtıdır, hətta ərəb ölkələri sonuncu Fələstin-İsrail münaqişəsində tərəf seçməli oldular. Yaxud 44 günlük savaşda Ermənistana hərbi yükləri buraxmayan Gürcüstan bir neçə gün əvvəl silahları buraxdısa, deməli, Tbilisinin də qarşısına eyni tələblər qoyulduğunu və onlarin da buna riayət etdiyini deyə bilərik”, – Ərəstun Oruclu bildirib.

O bildirib ki, Azərbaycan Avropa İttifaqının sülh danışıqlarından faktiki imtina edib:

Bunun ardınca Qərbdə anladılar ki, Bakı Yerevanla birbaşa danışıqlar istəyir, bu barədə müəyyən addımlar da atıldı. Tbilisidə Azərbaycanın Baş naziri Ermənistanın Baş naziri ilə görüşdü də. Ona görə Qərb bu prosesi pozmaq qərarına gəldi. Düşünürəm ki, Qərb və Rusiya, hətta regional oyunçu belə olmayan Gürcüstan da Ermənistanla Azərbaycanın birbaşa danışıqlar aparmasında maraqlı deyil. Çünki bu halda onlar sülh sazişindən yararlana bilməyəcəklər. Bu səbəbdən də təzyqilər gücləndi”.

“907-ci düzəlişdən danışmaq ABŞ-ın da maraqlarını zərbə altına qoyur”

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə isə dinləmələri erməni lobbisinin təzyiqi ilə əlaqələndirir.

O, Meydan TV-yə deyib ki, dinləmələr erməni diasporuna xoş gəlmək üçün təşkil edilib.

DİP sədri hesab edir ki, Vaşinqton münaqişənin həlliylə bağlı müsbət addımlarını realizə edə bilmədi və üstəlik, Yerevan da vədlərindən yayındı:

“Ancaq erməni diasporu onlarla sıx əlaqədə olan lobbiçi konqresmenləri məcbur edib yeni şou düzəldir və Ermənistana dəstək ifadə edir”.

Asim Mollazadə belə tədbirlərin ABŞ-in imicinə xələl gətirdiyi qənaətindədir:

Asim MollazadəAsim Mollazadə
Mənbə: Meydan TV

“Çünki beynəlxalq hüquq normalarına əsaslanmayan ABŞ-ın hər bir addımı Vaşinqton üçün çox pis nəticələnib. Ona görə də Vaşinqton bu cür məsələlərdə beynəlxaq hüquq normalarına əsaslanmalı, real sülh istəyən qüvvələrə dəstək verməlidir. O zaman problem olmayacaq. Əslində, erməni diasporu münaqişədən faydalanır, sülh olarsa, onlar necə maliyyə toplayıb “soyqırım” deyə qışqıracaqlar? Onun üçün də erməni diasporu ABŞ və Avropa İttifaqına üzv olan ölkələrdə çox fəallaşıb və rəsmi Yerevana da təzyiq göstərir ki, müharibə istiqamətində hərəkət etsinlər. Onlar üçün Ermənistandakı sıravi insanlar qurbanlıqdır”.

Asim Mollazadə ABŞ-ın 907-ci düzəlişi bərpa etməsini təəssüflə qarşılayıb:

XXI əsrdə 907-ci düzəlişdən danışmaq ABŞ-ın da maraqlarını zərbə altına qoyur. O cümlədən, Vaşinqtonun Bakıyla bir sıra yüksək səviyyəli səfərləri ləğv etməsi də ABŞ-ın maraqlarını erməni diasporuna qurban verməkdir. Unutmasınlar ki, 2000-ci illərin əvvəllərində ABŞ Əfqanıstanda hər əməliyyat keçirəndə ona dəstəyi Azərbaycan vermişdi. O zaman Ermənistan Rusiyanın yanında yer alırdı”.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button