2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Azərbaycanı və Ermənistanı tezliklə sülh sazişi bağlamağa çağırıb

Birləşmiş Ştatlar cümə axşamı bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhsevər addımları alqışlayır və tərəfləri “nə qədər tez, bir o qədər yaxşı” sülh sazişi əldə etməyə çağırır.

“Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar və bu nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – Dövlət Departamentinin sözçüsü Metyu Miller TURAN sülh prosesinin hazırkı vəziyyəti haqqında sualını cavablandıraraq deyib.

“Son bir il ərzində tərəflər əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları əvvəlki danışıqlara əsaslanaraq  bu sürəti qoruyub saxlamağa təşviq edirik və sülh sazişi imzlqmaga çagırırıg”, – Miller bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, o, Dövlət departamentin baş müşaviri Lui Bononun Ermənistana son səfəri və ordaki görüşlərinin təfərrüatlarını açıqlamaqdan çəkinib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button