Bizim tərcümə

ABŞ-da ilk dəfə olaraq süni ətin istehlakı üçün rəsmi icazə

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-20 08:00:32

Laboratoriyada istehsal olunan toyuq əti Kaliforniyada yerləşən Amerika şirkəti “Upside Foods” tərəfindən polad çənlərdə canlı heyvanlardan alınan hüceyrələrlə əldə edilib. “Bir çox skeptik baxışların olduğu bir mühitdə biz bu gün tarix yaza bildik və istehsal olunan ət üçün FDA təsdiqini alan ilk şirkət olduq” dedi firmanın direktoru Uma Valeti. Bununla belə, məhsulları piştaxtalara çatdırmaq üçün hələ də şirkətin aradan qaldırmalı olduğu bəzi maneələr var.

‘QİDADA DÖNÜŞ NÖQTƏSİ’

Saytların yığılması Saytlarin yigilmasi

Ətin istehsal olunacağı mərkəz də rəsmi icazə almalıdır. Bununla belə, Valeti dedi ki, əldə olunan nöqtə “qida tarixində dönüş nöqtəsidir”. Bənzər məhsullar hazırlamağa çalışan qida startapları var. Daha çox şirkətin uğuru karbon emissiyalarının azaldılması və heyvandarlıq sənayesində istifadə olunan digər resursların, xüsusilə də suyun qorunması deməkdir. İstehsal olunan ətlərin gələcəkdə bazarın əhəmiyyətli bir hissəsini tutacağı gözlənilir. 2020-ci ilin dekabr ayında Sinqapur tam laboratoriyada yetişdirilmiş zülalın satışını təsdiqləyən ilk ölkə oldu. Baş ofisi San Fransiskoda yerləşən “Eat Just” sahibkar şirkəti Sinqapurdakı laboratoriyada istehsal etdiyi toyuq ətini sata bilib. İki araşdırma 2030-cu ilə qədər laboratoriyada ət istehsalının dəyərinin normal ət istehsalı ilə müqayisə edilə biləcəyini ortaya qoydu. Laboratoriyada yetişdirilən ətin 2040-cı ilə qədər qlobal ət bazarının 35 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button