2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-dan Ukraynaya daha 3 milyard dollarlıq yardım gözlənilir

Reuters agentliyinin xəbərində deyilir ki, ABŞ rəsmisinin dediyi bu paket indiyədək Vaşinqtondan Kiyevə ən böyük məbləğdə yardım tranşıdır

Saytların yığılması Saytlarin yigilmasi

Birləşmiş Ştatlar avqustun 24-də Ukraynaya 3 milyard dollar dəyərində təhlükəsizlik yardımı paketini elan edə bilər.

Reuters agentliyinin xəbərində deyilir ki, ABŞ rəsmisinin dediyi bu paket indiyədək Vaşinqtondan Kiyevə ən böyük məbləğdə yardım tranşıdır.

Bu da qeyd olunur ki, yardımın elan edilməsi Ukraynanın Müstəqilliyi Gününə təsadüf edəcək.

Bu yardım paketi Ukraynaya Təhlükəsizlik Dəstəyi Təşəbbüsü (USAI) xətti ilə verilir.

Konqres tərəfindən qəbul olunmuş bu təşəbbüs Bayden administrasiyasına Ukrayna üçün silahları ABŞ cəbbəxanasından yox, silah istehsalçılarından almaq imkanı verir.

Paketdə nə var

Adının çəkilməsini istəməyən rəsmi deyib ki, indiki yardım paketinə Ukraynaya bundan əvvəl verilən silahlardan başqa heç bir yeni silah daxil edilməyib.

Lakin rəsmi əlavə edib ki, bu paketə orta müddətli müdafiə sistemlərindən daha çox silah və sursat salınıb.

Reuters bildirir ki, USAI xətti ilə verilən silahların Avropaya gəlib çıxması aylarla çəkə bilər, çünki əvvəlcə istehsalçı şirkətlərin onları hazırlaması lazımdır.

Rəsmi qeyd edib ki, silahların sayı və çeşidi paketin rəsmən elan olunmasınadək dəyişə bilər.

Vaşinqton fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri Volodimir Zelenskinin hökümətinə 10.6 milyard dollarlıq hərbi yardım verib.

Gərgin və nigaran gecə

Həmin mənbədən Reuters-ə deyilib ki, Almaniya da Ukraynaya hərbi dəstəyi davam etdirmək niyyətindədir.

Onun sözlərinə görə Berlin Kiyevə 2023-cü ildə ümumi dəyəri 500 milyon dollar olan havadan müdafiə sistemləri, raket qurğuları, dəqiq vuran sursat verməlidir.

Moskva hazırda Ukraynanın şərqindəki Donbas rayonuna nəzarəti tam ələ almağa çalışır.

Buna baxmayaraq Qərbin Ukraynaya verdiyi müasir silahlar Rusiya qüvvələrinin hücumlarını yavaşıdıb.

Ukrayna Moskvanı imperiyasayağı müharibə aparmaqda və Rusiyanın Sovet İttifaqı dövründəki hegemonluğunu qaytarmaq cəhdində ittiham edir.

Ukraynanın özündə isə avqustun 23-də həyəcanlı və gərgin bir gözlənti vardı.

ABŞ kəşfiyyatı avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə Rusiyanın ağır zərbələr endirə biləcəyini bildirib.

Kiyevdəki Amerika səfirliyi Ukraynadakı ABŞ vətəndaşlarına bu ölkəni tərk etmək tövsiyəsi verib.

24 saat” “
ABŞ-dan Ukraynaya daha 3 milyard dollarlıq yardım gözlənilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button