2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ Güləni Türkiyəyə təhvil verəcəkmi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Ankara ilə FETÖ arasında seçim etməlidir. O qeyd edib ki, ABŞ Türkiyə ilə müttəfiq olduğunu sübut etmək üçün FETÖ liderini Ankaraya təhvil verməlidir.

“Ya hüquqi dövlətə çevriliş hazırlayan terror təşkilatı, ya da demokratik Türkiyə. Onlar seçim etsinlər”, – deyə Türkiyə prezidenti ABŞ rəhbərliyinə xəbərdarlıq edib.
ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verəcəkmi?
Bununla bağlı politoloq Arzu Nağıyev ölkə.az-a danışıb:
“Yaxın zamanda ABŞ Fətullah Güləni Türkiyəyə təhvil verməyəcək. Bunun bir neçə səbəbi var. Səbəb odur ki, siyasi əqidəsinə görə hər hansı bir şəxsi ölkəsində təqib ediblərsə və o haradansa sığınacaq alıbsa, həmin şəxs ekstradisiya olunmur. Əgər ekstradisiya olunduqdan sonra həmin şəxsin işgəncəyə məruz qalması və edam edilməsi ehtimalı varsa, onda onu tələb edən ölkəyə qaytarmırlar.
Praktikada indiyə qədər belə bir şey olmayıb. Fətullah Gülən bir neçə müddət öncə ABŞ-a gedib və heç bir ABŞ qanunlarını pozmadan yaşayır. Əgər hadisələr zamanı qaçıb gedirsə, bu başqa məsələdir. Əgər əvvəldən orada yaşayırsa, haqqında çevrilişə cəhd etməklə bağlı iddia varsa, bu bir başqa məsələdir.
Müəyyən zaman kəsiyində Türkiyə tərəfi bütün dəlil və sübutları ABŞ-a verməlidir. Bunun üçün Türkiyənin iki naziri ABŞ-a səfər etməlidir. Orada Fətullah Gülən haqqında olan iddiaları sübuta yetirərlərsə, o halda müəyyən qərarlar qəbul oluna bilər.
Rusiya-Türkiyə münasibətlərinin yaxınlaşmasına görə demək olmaz ki, ABŞ-Türkiyə münasibətləri pisləşə bilər, əlaqələrə müəyyən təsiri ola bilər, amma unutmaq olmaz ki, ABŞ-la Türkiyə strateji müttəfiqdir. Eyni zamanda hər iki dövlət NATO-nun üzvüdür. Türkiyə birmənalı şəkildə özü bu qərarı verə bilməz.
Düşünürəm ki, proseslər bu ilin noyabr ayına kimi bu şəkildə davam edəcək. Noyabr ayında ABŞ-da kimin prezident seçilməsindən asılı olaraq ABŞ-ın xarici siyasətini kim müəyyən edəcəksə, həmin istiqamətdə də müvafiq addımlar atacaq.
Xarici siyasətdə dostluq, qardaşlıq məsələsi ikinci planda olur. Əsas məsələ ümumi maraqlardır. Bu gün Türkiyə-ABŞ arasında olan ümumi maraqlar Türkiyə-Rusiya arasında olan ümumi maraqları üstələyir. İstər Suriya, istər Yaxın Şərq, istər hərbi, istərsə də iqtisadi məsələlər olsun – ABŞ-la Türkiyənin maraqları eynidir. Türkiyə və ABŞ tərəfi noyabra qədər müxtəlif bəyanatlarla çıxış edə bilər. Qərarlar isə ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən sonra bilinəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button