2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Gürcüstan, Moldova və Ukraynada Rusiya seçki məntəqələrinin yaradılmasını pisləyib

Cümə günü Bayden administrasiyasının Avropa və Avrasiya üzrə məsul yüksək vəzifəli məmuru  Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya ərazilərində, eləcə də Moldovanın Dnestryanı ərazisində Rusiyanın seçki məntəqələrinin açılmasını pisləyib, Turan-ın Vaşinqton müxbiri bildirib.

“Kreml bu ölkələrin suverenliyini və ərazi bütövlüyünü yenidən  pozur”, –  dövlət katibinin köməkçisi Ceyms O’Brayen Tvitterdə qeyd edib.

Bundan əvvəl Dövlət Departamenti Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində  prezident seçkiləri keçirmək yoluyla Ukraynanın suverenliyini pozmaq üçün səylərini davam etdirməsini pisləyib. “Biz Putinin qanunsuz torpaq zəbtini qanuniləşdirmək cəhdinin legitimliyini və nəticəsini tanımırıq və heç vaxt tanımayacağıq”, -O’Brayen ayrı bir tvitdə qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyalılar bu həftə sonu üçgünlük prezident seçkilərində səs verirlər.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button