2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın ardınca Avropa İttifaqı da Azərbaycanın ittihamlarını rədd edib

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Piter Stano Bakının Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşü ilə bağlı iddialarını rədd edir.

Azərbaycan KİV-lərinin suallarını cavablandıran Stano aprelin 5-də Cenevrədə keçiriləcək görüşün xarakteri haqqında məlumatın “qeyri-dəqiq” olduğunu bildirib.

“İclasın “təhlükəsizlik zəmanətlərinə” həsr olunacağı doğru deyil. Görüşdə Aİ/ABŞ-Ermənistan ikitərəfli münasibətləri ilə yanaşı, digər məsələlərə də toxunulacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Yəni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması və sülh danışıqları məsələləri müzakirə olunmayacaq.

Əsas diqqət Ermənistan iqtisadiyyatının sabitliyinə və bu ölkə ilə ikitərəfli əməkdaşlığa yönəldiləcək”.

Aİ və ABŞ Ermənistanın və regionun sabit, dinc, təhlükəsiz və firəvan gələcəyini dəstəkləməyə sadiqdir.

“Bu, Aİ və Ermənistanın ikitərəfli tərəfdaşlığı əsasında Ermənistan iqtisadiyyatının möhkəmləndirilməsi məqsədilə bu ölkə ilə əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək fürsəti olacaq.  

Sabit və dayanıqlı Ermənistan sabit Cənubi Qafqaz deməkdir. Bizim səylərimiz kiminsə əleyhinə yönəlməyib, bütünlükdə regionun maraqlarına və sabitliyinə xidmət edir”, deyə Stano qeyd edib.

Daha əvvəl rəsmi Vaşinqton da Bakının narahatlıqlarını rədd edib.

Xatırladaq ki, Azərbaycan XİN Aİ və ABŞ-ı Ermənistana hərbi yardım göstərməyi planlaşdırmaqda ittiham edib. “Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının “hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”. Avropa İttifaqı və ABŞ tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır”, deyə Azərbaycan XİN bildirib. 

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button