2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın Avropadakı komandanı: Ukraynaya döyüş silahları verilsin

ABŞ-ın Avropadakı ən yüksək rütbəli hərbi komandanı Rusiyanın dəstəklədiyi separatçılara qarşı mübarizə üçün Ukraynaya daha təkmil silahların verilməsini istəyib.

ABŞ ordu generalı Curtis Scaparrotti bu fikri 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və bunun ardınca başlanan separatçı qiyam barədə davam edən müzakirələrin fonunda ifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Scaparrotti Konqresin Silahlı Xidmətlər Komitəsinin dinləməsində deyib: “Mən şəxsən inanıram ki, biz Ukraynaya ölümcül müdafiə silahlarının verilməsi məsələsinə baxmalıyıq”.

Keçmiş prezident Barak Obamanın administrasiyası Ukraynaya zirehli jiletlər, gecə durbinləri və başqa avadanlıq göndərmişdi.

Buna baxmayaraq administrasiya Konqresdən və başqa yerlərdən Ukraynaya “döyüş müdafiəsi silahlarının” göndərilməsi barədə səslənən çağırışlara müqavimət göstərmiş, məsələn tank əleyhinə Javelin raketlərinin göndərilməsindən imtina etmişdi. Obama administrasiyasının mülahizələrinə görə bu, Rusiyanın münaqişəni gücləndirməsinə səbəb ola bilərdi.

ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiyaya münasibətdə daha barışdırıcı mövqe tutsa da, Ukraynaya daha ciddi silahların verilməsinə dair konkret fikir bildirməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button