2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

ABŞ-ın Avropadakı komandanı Ukraynaya döyüş silahlarının verilməsini istəyir

ABŞ-ın Avropadakı ən yüksək rütbəli hərbi komandanı Ukrayana onun Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı mübarizəsi üçün daha təkmil silahların verilməsini dəstəkləyib.

ABŞ ordu generalı Curtis Scaparrotti bu fikri 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və bunun ardınca başlanan separatçı qiyam barədə davam edən müzakirələrin fonunda ifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Scaparrotti Konqresin Silahlı Xidmətlər Komitəsinin dinləməsində deyib: “Mən şəxsən inanıram ki, biz Ukraynaya ölümcül müdafiə silahlarının verilməsi məsələsinə baxmalıyıq”.

Keçmiş prezident Barack Obama-nın administrasiyası Ukraynaya zirehli jiletlər, gecə durbinləri və başqa avadanlıq göndərmişdi.

Buna baxmayaraq administrasiya Konqresdən və başqa yerlərdən Ukraynaya “döyüş müdafiəsi silahlarının” göndərilməsi barədə səslənən çağırışlara müqavimət göstərmiş, məsələn Javelin əleyhtank raketlərinin göndərilməsindən imtina etmişdi. Obama administrasiyasının mülahizələrinə görə bu, Rusiyanın münaqişəni eskalasiya etməsinə səbəb ola bilərdi.

ABŞ-ın yeni prezidenti Donald Trump Rusiyaya münasibətdə daha barışdırıcı mövqe tutsa da, Ukraynaya daha ciddi silahların verilməsinə dair konkret fikir bildirməyib.

Bununla yanaşı, müdafiə naziri Jim Mattis də daxil, onun kabinetinə daxil rəsmilər, Moskvaya Trump-ın özündən daha sərt münasibət ifadə ediblər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button