2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ-ın Azərbaycanda hansı layihələri var? Hansı hökumət məmurları ABŞ-da oxuyub? Hökumət niyə USAID-ni hədəfə alıb? 8 suala cavabda

Bundan başqa, ABŞ rəsmisi O’Brien da Ermənistana görə Azərbaycan hakimiyyətini tənqid edən açıqlama verib – o, Azərbaycanın yüksək səviyyəli şəxslərinin ABŞ-a səfərlərinin ləğv edildiyini və “ikitərəfli münasibətlərin əvvəlki kimi ola bilməyəcəyini” deyib. Bu da Azərbaycanda ABŞ hökumətinin birtərəfli və ədalətsiz yanaşması olaraq dəyərləndirilib.

Hakimiyyəti ABŞ-dan narazı salan digər səbəb də rəhbərləri qaçaqmalçılıq iddiaları ilə həbs olunan, Azərbaycanda qanun pozuntuları və korrupsiya hallarını araşdıran AbzasMedia-nın USAID-dən qrant – yəni, maliyyə dəstəyi almasıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Bəs USAID nədir? Azərbaycanda hansı işləri görür və hakimiyyətlə hansı layihələri həyata keçirir?

BBC News Azərbaycanca bu və digər suallara cavab tapmağa çalışıb.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, qısaca USAID dünyada iri donor təşkilatlardan biridir.

Qurum kənd təsərrüfatı, səhiyyə və təhsildən tutmuş idarəetmə, demokratya və insan haqlarına qədər bütün sahələrdə proqramlar həyata keçirir.

USAID, əsasən, dövlət büdcəsindən maliyyələşir.

Qurumun 80-dən çox ölkədə nümayəndəlikləri və 100-dən çox proqramları var.

USAID Azərbaycanda 1991-ci ildən bəri “azərbaycanlıların həyatlarını yaxşılaşdırmağa qərarlı olan Azərbaycan hökuməti, yerli özəl sektor və vətəndaş cəmiyyəti ilə birgə işləyir”, qurumun saytında bildirilir.

USAID-ın son hesabatlarında görmək olur ki, Azərbaycanda son illərdə daha çox kənd təsərrüfatı sahəsinin, qadın sahibkarlığının, kiçik və orta biznesin inkişafına, gənclərin bacarıqlarının artırılmasına daha çox diqqət ayırıb, regionlarda Qadın Resurs Mərkəzləri yaradıb.

Məsələn, qurumun açıqladığı məlumata görə, USAID ötən il özəl sektorun inkişafına 3 milyon dollardan çox vəsait ayırıb. Bununla müqayisədə, insan huquqları ilə bağlı layihələrə 300 min dollar xərcləyib.

USAID 1991-ci ildən bəri Azərbaycanda humanitar yardım, səhiyyə sektoru, iqtisadi və idarəetmə islahatlarına 431 milyon dollar sərmayə qoyub, qurumun saytında bildirilib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button