2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş xəstəxanaya yerləşdirilib

ABŞ-ın keçmiş prezidenti, ata Corc Buş xəstəxanaya yerləşdirilib.
Bu barədə “ABC News” telekanalı xəbər verib.
“Keçmiş prezident Corc Buş xəstəxanaya yerləşdirilib, lakin o özünü normal hiss edir” – deyə telekanalın “Twitter”dəki rəsmi səhifəsində bildirilir. Telekanal həmçinin keçmiş prezidentin ofisinin bəyanatını da dərc edib. Bildirilir ki, ata Corc Buş Texas ştatındakı Hyuston şəhərində fəaliyyət göstərən xəstəxanada müalicə olunur. O, ötən həftənin cümə günü arasıkəsilməyən öskürəklə əlaqədar xəstəxanaya yerləşdirilib.
Sonradan Buşa yüngül sətəlcəm diaqnozu qoyulub. Lakin keçmiş prezident yaxşı müalicə edilib. “Prezident” Buş yüksək əhval-ruhiyyə ilə yaşayır və sonra müayinələr aparılacaq. O, hələlik öz gücünü bərpa edir” – deyə eks-prezidentin ofisinin bəyanatında bildirilir.
Report

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button