2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ İŞİD-in Moskvada mümkün hücumu barədə Rusiyaya xəbərdarlıq edib

Bu ayın əvvəlində ABŞ Moskvada “konsertlər də daxil olmaqla, potensial olaraq böyük toplantılara yönəlmiş” terror aktının planlaşdırılması barədə Rusiyaya xəbərdarlıq etmişdi, bu haqda Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller brifinqdə bildirib.

Vaşinqton martın 22-də Moskvada konsert zalına hücumdan məsul olan İŞİD-K terror qruplaşmasının müşahidə edilməsinə və kəşfiyyat məlumatlarına əsaslanaraq potensial hücum barədə Rusiya tərəfinə ətraflı məlumat verib.

Bazar ertəsi brifinq zamanı Miller Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun Moskvanın heç bir xəbərdarlıq almadığı barədə açıqlamalarını şərh edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bazar ertəsi brifinq zamanı Miller Moskvanın heç bir xəbərdarlıq almaması ilə bağlı Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatını şərh edib.

“Biz onlara ayrıca xəbərdarlıq etdik, çünki terror hücumları və ya potensial terror hücumları haqqında məlumat aldığımız zaman xəbərdar etməliyik”,- Miller deyib.

Martın 7-də ABŞ-ın Moskvadakı səfirliyi öz vətəndaşlarına şəhərdəki böyük toplantılardan çəkinmək barədə xəbərdarlıq edib. Öz növbəsində, Rusiya liderləri, o cümlədən Vladimir Putinin özü hücum ərəfəsində bu xəbərdarlığı “təxribatçı” və “açıq şantaj” adlandırıblar.

ABŞ rəsmi şəxslərinin sözlərinə görə, son bir neçə ildə İŞİD-K qrupu əsasən öz əməliyyatlarını ciddi dəstəyi olan yerlərdə – İran kimi ölkələrdə cəmləşdirib.

“Yəqin ki, bir neçə ay əvvəl İran hökumətini İrandakı İŞİD-K tərəfdən törədiləcək potensial terror hücumu barədə xəbərdar etdiyimizi xatırlayırsınız”, – Miller deyib.

Lakin nümayəndə Vaşinqtonun Ruslarla konkret hansı kanallarla  ünsiyyət qurduğunu açıqlamayıb.

Cümə günü Moskvada silahlı şəxslərin “Crocus City Hall”a hücumu zamanı ən azı 139 nəfər həlak olub. Bazar ertəsi Kreml bunnd islamçı yaraqlıları günahlandırıb, Vladimir Putin məsuliyyəti Ukraynanın üzərinə qoymağa çalışıb.

“Ukraynanın heç bir iştirakı olmayıb – və nöqtə”, – Miller Turan-ın müxbirinin sualına cavab olaraq deyib.

“Siz Ukrayna hökumətinin bunu necə aydınlaşdırdığını gördünüz… Əlbəttə ki, ruslar bu açıqlamalarla bağlı heç bir sübut təqdim etmədilər, çünki Ukraynanın iştirakına dair heç bir sübut yoxdur”, – o, fikrini yekunlaşdırıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button