2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

ABŞ-Koreya müharibəsi İranı xilas edə bilərmi?

Arzu Nağıyev: “Pentaqonun Şimali Koreyaya hücum edəcəyini düşünmürəm”


Son günlər ABŞ-ın Şimali Koreyaya hərbi müdaxilə edəcəyi ilə bağlı proqnozlar aktuallaşmaqdadır. Maraqlıdır, ABŞ-ın Şimali Koreyaya hücumu Tramp administrasiyası tərəfindən təhdid edilən İranı müvəqqəti də olsa xilas edə bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Moderator.az-a açıqlama verən siyasi şərhçi Arzu Nağıyev ABŞ-Şimali Koreya müharibəsinin reallaşacağına inanmadığını vurğuladı:

“Zənnimcə, ABŞ Şimli Koreyaya hücum etməyəcək. Əsas məsələ ondan ibarətdir ki, cənab Trampın seçki qabağı verdiyi vədlərin əməlidir. Bildiyiniz kimi, o, blok üzrə öz tərəfdaşlarını müdafiə edəcəyini bildirmişdi.

İkinci məqam isə Rusiya ilə bağlıdır. Məhz nüvə məsələləri ilə bağlı Şimali Koreya Rusiya və İranla tərəfdaşdır. Məhz buna görə də Rusiyanın və dünyanın diqqətini Suriyadan ayırmaq üçün bu istiqamətdə müəyyən addımlar atır.

ABŞ-ın İrana diqqətinin azalması yəqin ki, baş verməyəcək. İran və Şimali Koreya məsələsi nüvə ilə bağlı problemlər olduğu, habelə onların Qərb dövlətləri üçün təhdid olmaqda davam etdiyi üçün, onlara yönəlik nəzarət də davam edəcək. Lakin böyük bir müharibənin başlanacağını düşünmürəm.

Baş verənlərin bir məqsədi də Çinin anti-Amerika faliyyətini məhdudlaşdırmaqdır”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button