2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

ABŞ Laçın dəhlizindəki gərginliyin qarşısını almaq üçün səy göstərdiyini deyir

Yayımlandı: 13 Dekabr 2022 21:34

Ned Prays: “Filip Riker hər iki ölkənin rəsmiləri ilə fəal əməkdaşlıq edir”

“ABŞ Ermənistan və Azərbaycan arasında Laçın dəhlizində baş verən qarşıdurma və gərginliyin aradan qaldırılması üçün səy göstərir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays “Turan”ın müxbirinin sualına cavab verərkən deyib.

“Düşünürəm ki, biz ardıcıl olaraq diqqəti iki ölkə arasında vəziyyətin nizamlamasına yönəltməliyik”,- deyə Prays əlavə edib.

O deyib ki, bir müddət əvvəl ABŞ BMT-nin Baş Assambleyası çərçivəsində iki ölkənin XİN başçısının görüşünü təşkil edib:

“Baş müşavirimiz Filip Riker gərginliyin aradan qaldırılmasını təmin etmək üçün hər iki ölkənin rəsmiləri ilə fəal əməkdaşlıq edir”.

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın sıraları genişlənir. Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button