2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin Yerevana gəldiyi xəbər verilir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns iyulun 15-də Yerevanda Ermənistanın baş naziri  Nikol Paşinyanla görüşüb

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Ermənistan baş naziri ofisinin məlumatına istinadən yazır ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik və terrorla mübarizə məsələlərini müzakirə ediblər.

Börns və Paşinyan habelə Cənubi Qafqaz regionundakı vəziyyətdən danışıblar.

Bu, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi başçısının Ermənistana ilk səfəridir.

Rusiyanın dövlət xəbər agentlikləri anonim diplomatik mənbələrə istinadən ABŞ kəşfiyyatı başçısının bir neçə saatlıq Yerevana baş çəkdiyini bildiriblər.

ABŞ-ın Ermənistandakı səfirliyi MKİ başçısının Ermənistana səfəri barədə şərh verməkdən imtina edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti Börnsün Yerevana səfəri barədə məlumata malik olmadığını bildirib.

Azatutyun yazır ki, Uilyam Börns Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüb.

Tərəflər ABŞ-Ermənistan qarşılıqlı münasibətlərini müzakirə ediblər.

Ermənistan Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, Armen Qriqoryan qonağa Ermənistan və regionda olan təhlükəsizlik vəziyyəti barədə məlumat verib.

Bu da bildirlir ki, Börns və Qriqoryan Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan aarsında danıqşılar prosesini müzakirə ediblər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button