Bizim tərcümə

ABŞ polisindən Monterey Parkına edilən hücumla bağlı açıqlama

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-26 13:08:00

class=”medianet-inline-adv”>

Şerif Robert Luna Kaliforniya ştatının Los-Anceles şəhərinin Monterey Park rayonunda silahlı hücumla bağlı başladılan istintaqda əldə edilən son məlumatları paylaşıb. Qətl bürosunun müstəntiqlərinin araşdırmalarını davam etdirdiyini vurğulayan Luna, “Müstəntiqlərimiz şübhəli ilə qurbanlardan heç biri arasında əlaqə aşkar etmədi. Şübhəlinin evli və ya münasibəti olmayıb”, – deyə o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ mediası şübhəlinin silahlı hücumu həyat yoldaşı ilə yaşadığı problemə görə təşkil etdiyini iddia edib. Şerif Luna belə xəbərlərin hələlik “şayiə” olduğunu, lakin istintaq çərçivəsində əldə edilən hər hansı məlumatın dəyişmə ehtimalının olduğunu bildirib.

ÜÇ SİLAH VƏ MOTOSİKL TAPILDI

Şerif Luna, istintaq çərçivəsində biri hadisə yerində, biri şübhəlinin intihar etdiyi yük maşınında, digəri isə şübhəlinin evində olmaqla üç silah ələ keçirildiyini açıqladı. Luna həmçinin hücumun baş verdiyi küçənin arxasında park edilmiş motosikletin olduğunu və bu motosikletin də şübhəlinin adına qeydiyyatda olduğunu bildirib. Luna, şübhəlinin alternativ qaçış yolu kimi istifadə etmək üçün motosikleti küçədə saxladığını söylədi.

class=”medianet-inline-adv”>

NƏ OLUB?

Yanvarın 21-də 65 faizinin Asiya əsilli Amerikalı, 27 faizinin isə Latın Amerikası vətəndaşlarının olduğu Monterey Parkında silahlı hücum baş verib. Hücum nəticəsində 11 nəfər həlak olub. Şübhəli 72 yaşlı Huu Can Tran xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı içində olduğu yük maşınında intihar edib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button