2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində "saxta" seçkilərini pisləyir

Cümə axşamı ABŞ Rusiyanın işğal edilmiş Ukrayna ərazilərində “saxta” seçkilər keçirməklə Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin pozulmasına yönəlmiş cəhdlərini pisləyib.

“Birləşmiş Ştatlar Rusiyada prezident seçkiləri çərçivəsində suveren Ukraynada keçirilən bu saxta seçkilərin legitimliyini və nəticələrini tanımır və heç vaxt tanımayacaq”, deyə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller Vaşinqtonda keçirilən brifinqdə bildirib.

“Luqansk, Donesk, Zaporojye, Herson və Krım Ukraynadır. Bu seçkilərin nəticələrini Moskva diktə edəcək və onlar Ukrayna vətəndaşlarının azad iradəsini əks etdirə bilməz”, deyə o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Miller həmçinin bildirib ki, ABŞ azad ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə xələl gətirən əməllərə görə məsul olan şəxslərin, o cümlədən Kremlin işğal edilmiş Ukrayna ərazilərində saxta seçkilərində müşahidəçi olacaq şəxslərin məsuliyyətə cəlb edilməsi üçün “bütün əlçatan vasitələrdən” istifadə edəcək.

Vaşinqtonun Putinin Rusiya sərhədlərindən kənarda saxta seçkilərini tanımamaq qərarı onun özünün legitimliyini şübhə altına qoyur? Turan-ın müxbirinin bu sualına cavabda Miller deyib ki, Vaşinqton seçkiləri diqqətlə izləyəcək və “mən əminəm ki, onlar başa çatdıqda deyəcək sözümüz olacaq”.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button