2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ səfiri: “Əgər hər iki ölkə ərazi bütövlüyünə riayət edərsə, Ermənistan və Azərbaycan arasında sülh mümkündür”

ABŞ və Azərbaycan arasında münasibətlərdə ziddiyyətlərin olduğu müəyyən sahələr var. Bu barədə cümə axşamı ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir qrup jurnalistə müsahibəsində bildirib.

“Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılması ilə bağlı narahatlığımızı bildirdik. Həmçinn ABŞ-ın Azərbaycandakı yardım və mədəni proqramlarının təhrif olunmasından narahatlığımızı bildirdik. Bu, münasibətlərimizə mənfi təsir göstərir”, – Libbi deyib.

Onun sözlərinə görə, bu vəziyyəti düzəltmək üçün çoxlu imkan var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahə var. Bunlar təhlükəsizlik, enerji və digər sahələrdir.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda insan hüquqları məsələsi çox vacibdir və dini azadlıqlar bu azadlıqların bir hissəsidir. Dövlət Departamentinin dini hüquqların pozulmasına dair hesabatındakı tənqid dindarların təqib olunması ilə bağlı konkret hallara aiddir, səfir deyib.

Səfir antiazərbaycan qüvvələrin Vaşinqton tərəfindən  maliyyələşdirilməsilə bağlı Bakının ittihamlarından  və Ermənistanla sülh müqaviləsi bağlanmadan əvvəl ABŞ-ın rəsmi səfərlərdən imtina etməsindən sonra iki ölkə arasındakı mövcud münasibətləri necə qiymətləndirir? Turan-ın bu sualına cavabda diplomat etiraf edib ki, müəyyən dövrlərdə bu münasibətlər “müxtəlif” olub.

“Azərbaycan tərəfindən Amerika siyasətinin ünvanına çoxlu tənqidlər səsləndirilib, ABŞ isə müxtəlif məsələlərlə bağlı narahatlığını ifadə edib”, – səfir deyib. O qeyd edib ki, buna baxmayaraq, iki ölkənin bir çox ümumi strateji marağı var və onlar “əsasən üst-üstə düşür”.

Azərbaycan əhalisinin əksəriyyətinin də istədiyi kimi, Azərbaycanın öz qonşuları ilə sülh şəraitində yaşayan güclü və müstəqil dövlət olması ümumi maraq dairəsindədir. Buna görə də ABŞ-ın məqsədi Ermənistanla sülhün tezliklə bağlanması üçün şərait yaratmaq istəyi kimi formullaşdırıla bilər, diplomat deyib.

Sərhəddəki son atışmaya toxunan Libbi deyib ki,  bu hadisələr əsaslı narahatlıq yaradır və hər iki tərəfin qarşısına eskalasiyaya yol verməmək və münaqişənin uzunmüddətli həllini tapmaq vəzifəsini qoyur. Bununla yanaşı, o qeyd edib ki, hər iki ölkə ərazi bütövlüyünə riayət etməlidir,  “əks halda nizamlanma olmayacaq”.

Niyə ABŞ İlham Əliyevi seçilməsi münasibətilə təbrik etməyib və ATƏT tərəfindən seçkilərin qiymətləndirilməsinin təkrarlanması ilə kifayətlənib? Səfir bu sualın cavabında deyib ki,  ABŞ ATƏT-in seçki pozuntuları ilə bağlı hesabatında göstərilən narahatlığı bölüşür. O, təbrik barədə suala aydın cavab verməkdən yayınıb.

Libbi ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən tətbiq etməsinin səbəblərinə də toxunmayıb. “Düşünmürəm ki, indi Azərbaycanın hərbi yardıma ehtiyacı var”, – o deyib.

Diplomat Azərbaycanda 10 jurnalistin həbsini şərh edərək deyib ki, demokratiyaya sadiq ölkə jurnalistləri öz işlərinə görə həbs etmir. Niyə burada bunun baş verdiyinə “mən cavab verə bilmərəm” səfir deyib və əlavə edib ki, azad və müstəqil mətbuat demokratiyanın göstəricilərindən biridir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button