2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Şimali Koreyadan raket göndərilməsinə görə Rusiyanın dövlət aviaşirkətinin rəhbərinə sanksiya tətbiq edib

Vaşinqton/12.01.24/Turan: Cümə axşamı ABŞ Rusiyanın “224-cü uçuş dəstəsi” dövlət aviaşirkətinin rəhbərinə, həmçinin Rusiyanın üç hərbi-nəqliyyat təyyarəsinə qarşı sanksiyalar tətbiq edib. Səbəb Şimali Koreya ballistik raketlərinin Rusiyaya göndərilməsidir, Turan-ın Vaşinqton müxbiri bildirib.

Rusiya Müdafiə Nazirliyinə məxsus “224-cü uçuş dəstəsi” aviaşirkətinin baş direktoru Vladimir Mixeyçik öz şirkətilə birlikdə sanksiyalara məruz qalıb. Onun Vladimir Putinin keçmiş mühafizəçilərindən birinin kürəkəni kimi tanındığı bildirilir.

Sanksiyalar həmçinin Vladimir elmi-tədqiqat kompleksinə qarşı yönəlib. Rusiyanın bu hərbi  obyekti raketləri hazırlayır və poliqonlarda sınaqdan keçirir.

Saytların yığılması Saytlarin yigilmasi

“Amerika Birləşmiş Ştatları KXDR-dən Rusiyaya hər hansı dəstəyi diqqətlə izləməyə davam edir və KXDR ilə Rusiya arasında silah tədarükündə əli olan fiziki və hüquqi şəxslərin aşkar edilərək ifşa olunması üçün bütün mümkün vasitələrdən istifadə edir”, – dövlət katibi Entoni Blinken deyib.

Sanksiyalar Bayden administrasiyası Şimali Koreyanın Rusiyaya onlarla ballistik raket verdiyini və 30 dekabr və 2 yanvar tarixlərində Ukraynaya zərbələr endirmək üçün onlardan istifadə olduğunu bildirdikdən sonra tətbiq edilib. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button