2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

"Abzas Media"nın həbsdəki direktoru: Biz sanki konslagerə göndərilmişik

“Abzas Media” onlayn nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli qızı Suada açıq məktubu ünvanlayıb.

Toplum TV xəbər verir ki, məktubda Həsənli 90 gündən artıq müddət ərzində qızını görə bilmədiyi deyir: 

“”Abzas Media”nın həbs olunan əməkdaşlarının əksəriyyəti 3 ay ərzində ən sərt formada izolyasiya olundu. Bizə yaxınlarımızla görüşmək, telefonla səslərini eşitmək belə qadağan edildi. Hətta səni – 18 aylıq uşağı 5-10 saniyəlik qucaqlamağa belə düşməncəsinə imkan vermədilər. Səni indi də görə, bağrıma basa bilmirəm. Azərbaycanda totalitar sovet rejimi faktiki olaraq bərpa edilib, ölkəni isə sovet təfəkkürü idarə edir”.

Saytların yığılması Saytlarin yigilmasi

Ülvi Həsənli həmçinin qeyd edib ki, Azərbaycanın müstəqillik tarixində ilk dəfədir, bir media qurumu tənqidi materiallarına görə total repressiyaya məruz qalır:

“Biz sanki sürgünə, yaxud konslagerə göndərilmişik, ailə üzvlərimiz də bizə görə cəzalandırılır və təzyiq altında saxlanılırlar”.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova “Amerikanın Səsi”nə bildirib ki, “Abzas Media”nın əməkdaşlarına ailəsi və yaxınları ilə görüş və telefon qadağası mövcud idi, bu qadağa yaxın vaxtlarda götürülsə də, onlar ailəsi ilə şüşə arxasından görüşə bilirlər:

“Ülvi qızını qucağına almaq istəyir, lakin həbsxanada birbaşa görüşə icazə verilmir, yalnız şüşə arxasından görüşə bilirlər. Ümumiyyətlə, birbaşa görüşlə bağlı qanunvericilikdə nəzərdə tutulan hər hansı bir qadağa yoxdur, amma onlar bu hüquqlarından məhrum edilirlər”.

Qeyd edək ki, ötən ilin noyabr-yanvar aylarında “Abzas Media”nın altı jurnalisti və mətbuat işçisi həbs olunub. Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi üzrə ittiham olunurlar. Jurnalistlər ittihamlarla razılaşmır və həbslərinin siyasi sifariş olduğunu bildirirlər. 

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button