2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Abzas Medianın xanım jurnalıstləri təcridxanada soyuqlayıblar

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər saxlanma şəraitilə bağlı narazılıq edirlər. Martın 19-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bu barədə danışıb. Məhkəmə jurnalistin 4 aylıq həbs müddətinin daha 3 ay uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib. 

Vəkil Elçin Sadıqov özünün “Facebook” hesabında yazıb ki, Sevinc Vaqifqızının məhkəmədə çıxış edərək Bakı İstintaq Təcridxanasında saxlanma şəraitinin acınacaqlı olduğunu bildirib: “Saxlanıldığım kamerada vəziyyət acınacaqlıdır. İstilik demək olar ki, yoxdur. Kameradakı istilik sistemi partlayıb, kamera suyun içindədir” – S.Vaqifqızı məhkəmədə belə deyib. 

“Abzas Media işi” üzrə həbs olunan və eyni təcridxanada saxlanılan Nərgiz Absalamovanın isə gözünə infeksiya düşüb. 

Saytların yığılması Saytlarin yigilmasi

“Nərgizin gözünə infeksiya düşüb, özü də soyuqlayıb. Görünür, immuniteti zəifləyib. Həkim dərman yazıb, sistem qoyurlar” – vəkil Şəhla Hümbətova özünün “Facebook” hesabında yazıb.

Uzun müddətdir ki, bu istintaq təcridxanasında saxlanılan bir çox ictimai-siyasi fəal və jurnalist saxlanma şəraitinin acınacaqlı olması ilə bağlı narazılıq edirlər. Onlar isti suyun belə fasilələrlə verildiyini bildirirlər.

Ombudsman Səbinə Əliyevanın illik məruzəsində qeyd olunur ki, istintaq təcridxanası 2500 nəfər üçün nəzərdə tutulsa da, təcridxanada limitdən artıq şəxs saxlanılır.

Penitensiar Xidmətindən Sevinc Vaqifqızının sözləri təkzib olunub. Turana bildirilib ki, Bakı İstintaq Təcridxanasındakı mərkəzləşdirilmiş istilik sistemidi mövcuddur və o tam işlək vəziyyətdədir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button