Gündəm
“Ağ ev” açıqladı – Rusiya Kiyevi ələ keçirmək üçün hərəkətə keçib
ABŞ-da hesab edirlər ki, Rusiya Federasiyası Kiyevi ələ keçirmək niyyətindədir. MSNBC xəbər verir ki, bu barədə “Ağ ev”in mətbuat katibi Cen Psaki bildirib.
“Bizim qiymətləndirmələrimiz dəyişməyib – Rusiya, prezident Putin, hərbçilər Kiyevi ələ keçirmək istəyirlər və onlar irəliləyiş əldə etməkdə davam edirlər”, – Psaki bildirib.
Həmçinin, onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Ukrayna ərazisi üzərində uçuşa qadağa zonası yaratmayacaq, çünki bu, Rusiya ilə münaqişəyə səbəb ola bilər.
virtualaz