Loading...
Loading...
SEÇMƏ

Aleksandr Duqin qızının ölümündən sonra xəstəxanaya yerləşdirilib

Yayımlandı: 21 Avqust 2022 14:12

Hakim partiya sui-qəsddə Ukrayna hökumətini ittiham edib

Rusiyalı politoloq Aleksandr Duqinin qızı Daria Duqina avtomobilinin partlaması zamanı həlak olub.

Hadisənin Daria Duqinanın avqustun 21-də “Tradition” festivalından qayıdarkən baş verdiyi bildirilir.

Qeyd olunub ki, Moskva vilayətində naməlum şəxslər 1992-ci il təvəllüdlü Daria Duqinanın idarə etdiyi “Land Cruiser Prado” markalı avtomobili partladıblar. Avtomobili idarə edən qız hadisə yerində ölüb.

Festivalın iştirakçısı Peter Lundstrem bu barədə danışıb.

Onun sözlərinə görə, Darya Duqina atası ilə birlikdə olduğu ənənəvi ədəbi-musiqi festivalından qayıdırmış.

“Kimi öldürmək istəyirdilər? Aleksandr Duqin bu maşını sürməli idi, amma başqasına minib”, deyə Peter Lundstrem söyləyib.

Hakim Vahid Rusiya Partiyasının deputatı Oleq Morozov Daria Duqinanın qətlində Ukrayna hakimiyyətini ittiham edib.

Federasiya Şurasının beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov ictimai tədbirlərin ləğvini dəstəkləməyib. O, Duqinanın avtomobilinə evdə və ya dayanacaqda partlayıcı qurğunun yerləşdirilə biləcəyini irəli sürüb.

“Biz elə bir dövrdə yaşayırıq ki, hər kəs çox diqqətli olmalıdır”, – deyə siyasətçi çağırıb.

Bundan əvvəl politoloq Sergey Markov etiraf edib ki, Duqin fəal siyasi mövqeyinə görə çoxlu hədələr ala bilərdi.

Sergey Markov Aleksandr Duqinin qızı Darianın ölümündən sonra xəstəxanaya yerləşdirildiyini bildirib.

“Bədbəxt Aleksandr Duqin. O, hazırda xəstəxanadadır”, – deyə o yazıb.

Meydan TV

Gözdən qaçırmayın:  Ağır zərbədən sonra axtarılan sülh arayışları

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button