2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aleksey Navalnıy saxlanılıb

Bu barədə onun həyat yoldaşı məlumat yayıb

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 12-də Moskvada aksiyaöncəsi Rusiyanın müxalifət lideri Aleksey Navalnıy saxlanılıb. Bu barədə onun həyat yoldaşı Yuliya Navalnaya “twitter”də yazıb. Onun sözlərinə görə, A.Navalnıy evdən çıxarkən blokda saxlanılıb: “Navalnıy xahiş etdi çatdırım ki, plan dəyişməyəcək”. 

Rusiyanın 200-dək şəhərində korrupsiyaya qarşı aksiyaların keçirilməsi nəzərdə tutulur. 

Navalnının seçki qərargahənən rəhbəri Leonid Volkov isə “Meduza”-ya deyib ki, FTK aksiyanı canlı yayımlayan ofisin internetini və elektrik enerjisini kəsib. 

Azadlıq Radiosu isə yazır ki, Sankt Peterburqda “Açıq Rusiya” Hərəkatından olan bələdiyyə üzvü Daniila Kena saxlanılıb. Hərəkatın koordinatoru Andrey Pivovarov da polisə aparılıb. Ölkənin baş naziri Dmitri Medvedev öz “twitter” hesabında rusiyalıları Rusiya günü münasibəti ilə təbrik edib. Həmin təbrikə yazılan şərhlərdə onun özünə təklif ediblər ki, korrupsiya əleyhinə mitinqə gəlsin, Rusiya polisi ölkənin şərqində mintinq keçirmək istəyən bir neçə adamı saxlayıb. 

İyunun 12-də Blagoveshchensk şəhərində azı 4 nəfərin həbs edildiyi bildirilir. 

Yerli medianın yazdığına görə Moskva ilə 7 saat fərqi olan Vladivostokda polis və yüzlərlə nüamişçi arasında qarşıdurma olub. Videogörüntülərdə dəbilqəli polis “Ar olsun!” şüarı qışqıran iki gənci sürüyə-sürüyə aparır.  İyunun 12-də bütün Rusiya boyunca antikorrupsiya mitinqlərinin keçirilməsi planlaşdırılıb.

Müxalifət lideri qərarını onunla izah edib ki, hakimiyyət etirazçılara mitinq avadanlığı, səhnə və səsucaldanlar verməkdən imtina edib.

Azadlıq Radiosu bildirir ki, mitinq yerinin dəyişdirilməsi etirazçılar və Moskva polisi arasında zorakı toqquşmaya səbəb ola bilər. Moskva polisi artıq mümkün “təxribatlar” barədə xəbərdarlıq edib.

Moskva polisinin sözçüsü “İnterfax” agentliyinə deyib ki, “hüquq-mühafizə orqanları etirazçılar tərəfindən bütün qanun pozuntularına qarşı sərt tədbir görəcək”.

Navalnının martın 26-da keçirdiyi etiraz aksiyaları əsnasında minədək müxalifət tərəfdarı saxlanmışdı. Həmin etiraz aksiyaları onlarda çox sayda gənc və yeniyetnin iştirakı ilə yadda qalıb.

Navalnının özü həmin aksiyadan sonra inzibati qaydada 15 günlüyünə həbs olunmuşdu.

Navalnı deyib ki, 18 ildir hakimiyyət taxt-tacında oturanlar heç nəyi dəyişməyi planlaşdırmırlar.

Moskva hakimiyyət orqanları Navalnı və tərəfdarlarına aksiyanın keçirilməsi üçün Moskvanın mərkəzindən kənarda yerləşən Saxarov prospektini vermişdilər.

Müxalifət aksiya üçün Moskvanın mərkəzində, Kremlin yaxınlığında yer üçün müraciət etmişdi.

Lakin paytaxt hökuməti bildirmişdi ki, iyunun 12 Rusiya günüdür və mitinq əvvəlcədən planlaşdırılmış rəsmi tədbirləri poza bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button