2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Almaniya səfiri Tofiq Yaqublunun qızı ilə görüşüb

Bakı/12.01.24/Turan: Yanvarın 11-də Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü, həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Həzi Almaniyanın Azərbaycandakı  səfiri Ralf Horleman ilə görüşüb.

“Saat yarımlıq görüşdə son repressiyalar zamanı həbs olunan Tofiq Yaqublu və digər siyasi məhbuslar barədə danışdıq. Bütün siyasi məhbuslara azadlıq tələb edirəm”, – Nigar Həzi Facebook səhifəsində yazıb.

Bundan öncə, müxalifətyönlü siyasətçinin qızı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili, Fransa səfiri və Avropa İttifaqı nümayəndəliyinin rəhbərilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

* Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və sənədlərin qanunsuz hazrlanması ittihamı ilə həbs edilib. O, ittihamları rədd edərək onları saxta adlandırıb.

Siyasətçi əvvəllər də dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar. -03/06B-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button