2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Almaniyada Azərbaycan haqqında çox maraqlı film

Almaniyanın ARD Mediathek & Das Erste kanalında Azərbaycanla bağlı real hadisələrə əsaslanan ilk siyasi film “Uçurumda” (Am Abgrund) filmi nümayiş edildi. Filmdən dərhal sonra isə Azərbaycan haqqında uzun sənədli film verildi. Mən heç bir spoiler vermədən film haqqında təəsüratlarımı yazacam. Ancaq əvvəlcə istəyirəm olduqca maraqlı sənədli film haqqında bir məqamı və daha sonra təəssüratımı deyim.

Əvvəlcə sənədli filmdəki məqam haqqında: Mən Toplum TV-nin əməkdaşlarının həbsini və ofislərinin bağlanmasını redaktor Xədicə İsmayılın həmin çox əhəmiyyətli sənədli filmdə yer alması ilə əlaqələndirərdim. Məncə, avtoritar rejim Xədicə İsmayıla bu üsulla həm də cavab verdi. Bəlkə də yanılıram və amma mütləq həm o film, həm də sənədli filmin Toplum TV-nin bağlanmasında Xədicə İsmayılın cəzalandırılması ilə haradasa bir əlaqəsi olduğunu düşünürəm. Bu dəqiq sonra bilinər, məndəki ilkin təəsürat budur. Xədicə İsmayıl ilə hər nə qədər yaxşı olmayan ictimai münasibətlərimiz olsa da, onun siyasi fəaliyyətində təqdir ediləcək hallar istisna edilə bilməz. Ətini ye, sümüyünü atma!

Sənədli filmə gəlincə: Sənədli film mənim Azərbaycanla bağlı alman mediasında bura qədər gördüyüm ən detallı, ən güzgü və ən cəsarətli iş idi, düz üç saat Azərbaycan həqiqətləri danışıldı Almaniyanın ictimai kanalında. Bu bilirsiz nə deməkdi?! O cümlədən, ilk dəfə belə bir mövzu, yəni ifşa edilmiş siyasi korrupsiya şəbəkəsi danışıldı. Xədicə İsmayıl xaric bütün digərləri alman siyasətçilər, tədqiqatçılar və Azərbaycanla iqtisadi əməkdaşlıq əlaqələri quran almanlar idi. Sənədli filmdə deputat Frank Svabe seçki vaxtı gördüklərindən tutmuş, ümumiyyətlə Azərbaycanın Avropa siyasətinin necə korrupsiyalaşdırmasının qısa tarixçəsini nəql etdi. O vaxtı Strasserə qarşı hücumlar daxil olmaqla, AŞPA-nın “Azərbaycanda siyasi məhbus yoxdur” qərarının necə hasil edildiyi göstərildi. Eyni zamanda Aİ və Almaniya xarici siyasətinin əsl məğzinin nə olduğu göstərildi: “Təbii xammal siyasəti, güc siyasətidir” və qərb enerji, xammal naminə insan hüquqlarına göz yumur. Deyim ki, əgər öz siyasətçilərinin korrupsiyalaşmasının qərb demokratiyası üçün təhlükə kimi görməsələrdi, bəlkə bu iki iş ərsəyə gəlməzdi.

Saytların yığılması Saytlarin yigilmasi

Keçək bədii filmə. Film prezident və vitse-prezidentə cəsarətli sual verən jurnalistin dərhal ortadan yığışdırılıb, polisə aparılması ilə başlayır. Deyim ki, İlham Əliyev və Mehriban Əliyevanı əks etdirən obrazlar maraqlı seçilmişdi: Estetikli, dəbli və yaşından gənc görünən vitse-prezident və estetiksiz, təbii halı ilə yoldaşından yaşlı görünən prezident. Demək kənardan elə görünürlər, bizim gözümüz öyrəşib axı :)) Filmdə siyasi maxinasiyada rol alan hər kəs əks edilir: alman deputatlardan, Səməd Seyidova qədər. Deyim ki, Seyidov obrazının əbləhliyi sərrast təqdim edilib. Necə də olsa, avropalıların ən yaxşı tanıdığı oturub yeyib-içdiyi, əlaqələr qurduğu azərbaycanlı siyasətçi siması Səməd Seyidovdu. Filmin məzmununa gəlincə: bədii film avtoritar hökumətin avropalı siyasətiçiləri korrupsiyalaşdıraraq Avropa demakoratiyasını necə təhlükə altına alması ilə yanaşı təbii xammal və alternativ enerji naminə qərbin avtoritar rejimlə necə əlbir işlədiyini göstərir. Filmdə ən zirvə məqam Qarabağdakı mis, kobalt və litium kimi təbii xammalın Avropaya ixracının dövlət siyasəti adı ilə təqdim edilməsi idi. Yəni ki, o torpaqlar həm Avropa həm də rejim üçün sadəcə xammal yataqları, sizin kimilər üçün isə “uğrunda ölünmüş torpaqdı”. Türk, alman, ingilis və s. şirkətlərin Qarabağda qiymətli dəmir və metalların emal edilməsi göstərildi.

Film Azərbaycanla bağlı ağlınıza gələn hər bir siyasi və insan hüquqları problemini əhatə edir: korrupsiya maxinasiyalarından tutmuş avropalıların enerji istismarına, gizli kameradan seks videolarına qədər, rəqib güllələməkdən hədələməyə qədər.

Filmə, xüsusən isə sənədli filmə baxmağı çox tövsiyə edirəm.

P.S. Xatırlayarsınız bəlkə; Almaniyanın “Azerbaijan Connection” dosyasında alman mərhum deputat Karin Strenz vardı. O, Azərbaycandan Bundestaga axan pulların ilk qapısı idi. Yəni, bir vaxtlar Gülər Əhmədovanın çamadanla pul daşımaq rolu kimi bu maxinasiyada rol almış qadın. Məsələnin üstü açılandan sonra həmin Karin Strenz müəmmalı şəkildə Kubadan istirahətdən gələrkən təyyarədə ölmüşdü. Həmin xəbəri oxuyan gün beynimdən keçdi ki, bu qadın dəqiq öldürülüb. Çünki həmin müddət alman mediası dəhşət dirənmişdi və zəif bənd Karin Strenz idi. O, təzyiqə dözməyib danışsa idi, bütün siyasi korrupsiya şəbəkəsi ifşa olacaqdı ki, bu da həm AŞPA həm də Bundestag tarixində ən utanc hal olacaqdı. Bu gün həmin filmdə Karin Strenz obrazı həqiqətən də filmdə Havanadan qayıdanda təyyarədə zəhərlənərək can verdiyi əks edildi. Demək o vaxtı düşüncəmdə haqqlı imişəm. Yeri gəlmişkən, Azərbaycan avtoritar hökuməti rejim lehinə lobbiçilik üçün avropalı siyasətçilərə 21 milyon Avro pul xərcləyibmiş.

Nurlana Cəlil

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button